Ermənistanda təşviş: “Azərbaycan Ordusu bu gün Şuşaya girib, sabah isə Xankəndiyə gələcək”

 

 

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə 44 günlük müharibədə verdiyi dərslər düşmən ölkədə hələ də böyük rezonans doğurmaqda, ermənilərin rahatlığını pozmaqdadır. Ermənistanı qorxuya salan növbəti məqam isə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunan Şuşaya səfərləri olub.

 

 

 

İlham Əliyev “Şuşiyoxdur, Şuşa var dedi

 

 

 

Prezident İlham Əliyevin Şuşaya səfərindən sonra sosial şəbəkələrdə paylaşılan statuslardan və verilən şərhlərdən qənaətə gəlmək olar ki, Ermənistanda ümumi əhvali-ruhiyyə kifayət qədər pessimistdir. Artıq ermənilər həm hərbi, həm də diplomatiya cəbhəsində Azərbaycana daha böyük fərqlə uduzmağın gerçəkliyini anlamağa başlayıblar. Sosial mediada paylaşılan statuslardan və yazılan şərhlərdən bir neçəsini diqqətinizə çatdırırıq.

 

Samvel Qriqoryan adlı “Facebook” istifadəçisi “Nə vaxta qədər belə davam edəcək? Azərbaycan Ordusu bu gün Şuşaya girib, sabah isə Stepanakertə (Xankəndi-red.) gələcək” başlıqlı status paylaşıb: “Biz hələ də anlaya bilmirik ki, İlham Əliyevin fəaliyyətindən niyə Nikol Paşinyan nəticələr çıxara bilmir? Azərbaycan torpaqları geri qaytardı, biz isə hələ də itkin düşən əsgərlərimizin sorağındayıq”.

 

Akop Balayan adlı istifadəçi “Instagramda Prezident İlham Əliyevin Şuşaya səfəri ilə bağlı paylaşılan statusa belə bir şərh yazıb: “Açıq reallıq budur. Müharibədə İlham Əliyev Paşinyana yüksək peşəkarlığın necə olduğunu göstərdi. Bizim baş nazir bəs nə etdi? Seyrçi mövqeyində qaldı.

 

İlham Əliyev “Şuşiyoxdur, Şuşa var dedi. Məğlub olmaq çox acı verir”.

 

Henrix Balasyan adlı istifadəçininTwitter”dəki paylaşımı isə daha çox bəyənmə toplayıb: “Azərbaycan Prezidenti  Artsaxı (Qarabağ-red.) geri qaytarıb, Şuşada Ermənistana gözdağı verdi. Bizim baş nazirin rəqs etdiyi Cıdır düzündə paxlavayla çay içərək məkanın əsl sahibinin kim olduğunu nümayiş etdirdi. Biz biabırçı məğlubiyyətdən sonra təlaş içərisində yaşayırıq. Müharibədə iştirak edən dostum Andranikdən hələ xəbər yoxdur. Artıq təngə gəlmişik”.

 

 

 

Mehriban Əliyeva muğam dinləmək üçün Şuşaya gəldi

 

 

 

Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan isə “Telegram” kanalında yazıb ki, bir vaxtlar qürurla Şuşanın mənzərələri fonunda sahibə kimi davranan Anna Akopyan xalqın ağır günündə Moskvaya getdi “Ararat Park Hyatt” hotelində məskunlaşaraq görüntülərini sosial şəbəkələrdə yaydı: “Mehriban Əliyevanın bizim üçün yeni bir itki rəmzi yaratdığı gündə, Anna Akopyan sığınacaq lüks axtarışı üçün Moskvaya getdi. Ararat bütün dünyadakı ermənilər üçün ən vacib simvollardan biridir. Diasporda onlarca, yüzlərlə təşkilat, klub, hotel restoranlara Ararat adı verilir. Yerevanlılar onu hər səhər görəndə ağrı yaşayırlar. Mehriban Əliyeva çay içmək muğam dinləmək üçün Şuşaya gələrək Kazançetsots Katedralinə daxil oldu. Bir çoxumuz bunun necə baş verdiyini hələ anlamırıq. Həyatımızın bir parçası olan bir şey necə birdən-birə, sadəcə, xatirəyə çevrildi? Bu gün türklər orada ayaq döyür. Bizsə bir küncə sıxılaraq baş verənləri seyr edirirk”.

 

Aşot Qasparyan adlı istifadəçiFacebook”da Azərbaycan Prezidentinin Şuşadan paylaşılan şəkillərinə yazdığı rəylə diqqət çəkib: “Ermənistan dağılır, Azərbaycan qarşısında hər gün daha çox məğlub duruma düşür, bəs bizim media orqanları niyə susur? İlham Əliyevin Şuşaya səfəri, verdiyi mesajlar bir erməni kimi məni çox üzdü. Azərbaycan Prezidenti bu gün Şuşaya gedib, sabah Qafana kimi gələcək. Bəs təriflədiyiniz Paşinyan buna cavab olaraq edir? Heç ! Öz kefindədir. Müharibədə məğlubiyyətimizin, cavan əsgərlərimizin ölümünün məsuliyyəti Nikolun üzərindədir, onun olmayan vicdanındadır”.

 

          

 

Əliyevin Şuşa ziyarəti ilə bağlı erməni xalqına deyəcək bir sözün varmı?”

 

 

 

Henrix Melukanyan adlı istifadəçiTwitter”dəki paylaşımında daha bədbindir: “Paşinyan öz xalqını, dövlətini yeni müharibəyə, ölüm-itimli günlərə sürükləyir. Necə olur-olsun, kim ölür-ölsün, təki özü hakimiyyətdə qalsın. Çox qorxulu bir vəziyyətdir. Bugünkü Ermənistan təkdir”.

 

Ermənistan müdafiə nazirinin sabiq müavini Artak Zakaryan “Facebook”dakı səhifəsində yazır: “Pənah xan xain Melik-Şahnazarın gözü qarşısında tarixdə ikinci dəfə özünü Şuşada tapdı. Bununla daŞuşa kimindirsə, Qarabağ onundur” mesajını verdi. Nikol, babalarının Şuşadan gəldiyinə görə öyünürdünQarabağ  köklərinə sahib olduğuna görə fəxr edirdin? Əliyevin Şuşa ziyarəti ilə bağlı erməni xalqına deyəcək bir sözün varmı? Yoxsa hakimiyyəti davam etdirmək üçün keçirəcəyin seçkilərə görə “cib” və korrupsiyalaşmış “partiyalarla görüşlərdəsən? Yoxsa Əliyevlərin Azərbaycan bayrağını qaldırmaq üçün Nerkin Voskepar, Tavuş, SofulaBarxudarlu, Ararat bölgəsinin Tigranaşen, Sünik bölgəsinin Şurnux, ArdanişGeğarkunik bölgəsinin Sotk mədənlərinə gələcəyi günü gözləyirsən? Ermənilərin taleyi, ümumiyyətlə, ətrafında baş verənlər səni heç maraqlandırırmı?”

 

Ermənistanın  keçmiş deputatı, ictimaisiyasi xadim Miqran AkobyanFacebook” səhifəsində yazıb ki, baş nazir intiqam almağa can atayeni bir müharibə haqqında düşünə bilməz: “Xain Nikol yalnız məmnuniyyətlə Əliyevin ayaqqabısını yalaya bilər. Xain Nikol 18 yaşlı gəncləri qurban verməməlidir, çünki bu yaxınlarda Əliyevin ayaqqabılarını yalamaq üçün bu yaşda olan 5000 oğlanı qurban verdi. Nə qədər ki, bir xain Nikol var, qürurlanmaq və başınızı qaldırıb yerimək fürsəti tapacağınızı düşünməyin”.

 

 

 

Koçaryana, SarkisyanaPaşinyana görə utanırıq”

 

 

 

 İntibah” adlı yeni siyasi qüvvənin yaradıcısı Vardan BalyanFacebook” səhifəsində qeyd edib ki, azərbaycanlı bir istifadəçi səhifəsinə şərh yazıb ki, “sənin şərəf və gücün varsa, gəl Şuşanı azad et!” Hər bir erməni vətənpərvər, hamımız bu sözləri ünvanımıza təhqir kimi qəbul etməliyik. Türk  deyirbilir ki, bizim mənasız deputat və məmurumuzdan fərqli olaraq onlar görür. Necə ki Şurnuxu ələ keçirdilər”.

 

Miqran Petrosyan adlı “İnstagram” istifadəçisi isə Ermənistanın bədbəxtlər ölkəsi olduğunu, rəhbərlərinin hər sahədə İlham Əliyevə uduzduğunu qeyd edərək, müharibədə ölən erməni əsgərlərin dəfnindən bir foto paylaşaraq yazıb:Paşinyan nə qədər yalan desə də, həqiqət budur: müharibədə biz uduzduq. İlham Əliyev Şuşada qalib ölkənin rəhbəri kimi qürurla danışırdı. Azərbaycanlılar prezidentləri ilə fəxr edirlər. Biz isə Koçaryana, Sarkisyana, Paşinyana görə utanırıq”.

 

Bu statuslara və şərhlərə daha çoxunu əlavə etmək olar. Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşaya səfərindən, orada səsləndirdiyi fikirlərdən şok yaşayan ermənilər sosial şəbəkələrdə Paşinyandan hesab sorurlar.

 

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2021.- 19 yanvar.- S.1;7.