Azərbaycan Respublikası PrezidentininAqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2014-cü il 16 aprel tarixli 152 nömrəli və “Azərbaycan Respublikasının KiçikOrta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “AqrolizinqAçıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2020-ci il  17 avqust tarixli 1137 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

 

1. “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 4, maddə 368; 2016, ¹ 2 (II kitab), maddə 251,  ¹ 8, maddə 1384) 2.10-cu bəndi ləğv edilsin.

 

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 6, maddə 1238, ¹ 10, maddə 1991, ¹ 11, maddə 2287; 2019, ¹ 3, maddə 411, ¹ 4, maddə 619, ¹ 5, maddələr 839, 855, ¹ 6, maddə 1027, ¹ 12, maddə 1921; 2020, ¹ 1, maddə 5, ¹ 2, maddə 100, ¹ 8, maddə 1039, ¹ 11, maddə 1357) ilə təsdiq edilmişKiçik orta biznes evlərində mikro, kiçik orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 9-cu hissəsininGöstərdiyi xidmətlərsütununun 1-ci bəndindəAqrolizinqsözüAqroservissözü ilə əvəz edilsin.   

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 yanvar 2021-ci il

Azərbaycan.-2021.- 26 yanvar.- S.2.