Ədəbi məclislər

 

XIX əsrin sonlarında Şuşada mətbəələr açılır, kitablar nəşr edilib əhali arasında yayılırdı. Bu işlərdə dövrün tanınmış alimi, ədibi, şairi, musiqişünası və xəttatı Mir Möhsün Nəvvab Qarabaği fəal iştirak edirdi.

M.M.Nəvvab 1903-cü ildə Şuşada Yuxarı Gövhər ağa məscidinin həyətindəki birmərtəbəli binada qiraətxana-kitabxana açmış, buraya Bakıdan “Əkinçi”, Tiflisdən “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Qafqaz”, Hindistandan “Həblül-mətin”, Bağçasaraydan “Tərcüman” qəzetlərini, İstanbuldan, Tehrandan, Moskvadan, Peterburqdan qəzet və jurnallar gətirtdirmişdi. Əbdülkərim bəy Mehmandarov, Nəcəf bəy Vəzirov, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Fərhad Ağazadə və dövrün onlarca görkəmli və tanınmış ziyalıları vaxtaşırı burada ədəbi məclislərdə iştirak etmişlər. Həmin məclislərin hər biri əsl sənətkarlıq məktəbinə çevrilmiş, səsi-sədası iri şəhərlərə, əyalətlərə yayılmışdır.

 

 

Azərbaycan.-2021.- 27 yanvar.- S.8.