Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb

 

Vətən müharibəsində əldə edilmiş böyük Zəfərdən sonra Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumasiyası işləri davam etdirilir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə aparılmış növbəti tədbirlər zamanı, 2022-ci il martın 28-də Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb.

Adı çəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir. Tapılmış meyit qalıqları ərazidən götürülərək müvafiq ekspertizanın aparılması üçün aidiyyəti üzrə təhvil veriləcək.

Məlumatda bildirilir ki, Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər (siyahı əlavə edilir) Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb. Eyni zamanda, Dövlət Komissiyasında toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonunun Pirlər kəndində 46 nəfər, Ağdam rayonunun Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb.

Fərrux yüksəkliyində və ətrafında kütləvi məzar yerlərinin olması ehtimalı nəzərə alınaraq, mütəxəssislərdən ibarət heyət tərəfindən ərazidə axtarış və müvafiq ekshumasiya tədbirlərinin aparılması planlaşdırılır. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Birinci Qarabağ müharibəsi zamanı Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin siyahısı:

 

N Soyadı, adı və atasının adı          Təvəllüdü      İtkin düşdüyü tarix

 

1. Abdullayev Əlibala Teyyub oğlu    27.02.1972  19.09.1992

2. Ağayev Arzu Nazir oğlu               16.12.1973  24.01.1993

3. Allahverdiyev Baba Müseyib oğlu  13.11.1971  28.10.1992

4. Allahverdiyev Əhməd Ənvər oğlu  30.04.1974  19.01.1993

5. Bağırov Baləddin Yusif oğlu          19.11.1972  18.09.1992

6. Basenşpiler Mixail Arifoviç            04.02.1963  19.09.1992

7. Baxışov Xəlil Salman oğlu             01.07.1965  28.09.1992

8. Bədirxanov Mehman Əhməd oğlu  27.02.1957  19.09.1992

9. Behbudov Əli Durmuşəli oğlu        01.06.1971  19.09.1992

10. Cəbrayılov İlham İbrahim oğlu    17.01.1973  19.09.1992

11. Cəfərov Mehman Əbdülrəhman oğlu 28.01.1968  20.01.1993

12. Cəfərov Sənan Vəli oğlu             05.08.1972  25.01.1993

13. Dadaşov İlham Adil oğlu            19.06.1973  19.09.1992

14. Eminov Mehman Bəhram oğlu    01.03.1974  25.01.1993

15. Eyvazov Məsud Eynulla oğlu       08.12.1972  19.09.1992

16. Əhmədov Faiz Mahmud oğlu       15.10.1956  20.01.1993

17. Əliməmmədov Vahid Zəbişah oğlu  07.11.1971 13.11.1992

18. Əliyev Hidayət Kamal oğlu          01.02.1973  27.10.1992

19. Əliyev İlqar Hidayət oğlu            01.12.1972  24.01.1993

20. Əmiraslanov Bəxtiyar Cahid oğlu 11.09.1971  29.10.1992

21. Əsgərov Bəxtiyar Ağabala oğlu   25.01.1973  19.09.1992

22. Əzizov Pərviz Bayramqulu oğlu   18.12.1969  28.10.1992

23. Fərzəliyev Vidadi Molut oğlu       01.06.1962  25.01.1993

24. Həbibov Elnur Paşa oğlu            21.12.1973  26.01.1993

25. Həsənov Eldəniz İlyas oğlu         17.12.1969  01.01.1993

26. Hüseynov Cəsarət Binnət oğlu     01.11.1973   27.10.1992

27. Hüseynov Hüseyn Əhməd oğlu     21.06.1935  19.01.1993

28. Hüseynov Vüqar Cavanşir oğlu     31.05.1973  19.09.1992

29. Hüseynov Vüqar Tahir oğlu          09.07.1973  25.01.1993

30. Hüseynov Xəqani Saleh oğlu        10.06.1970  28.10.1992

31. İbadov Maarif Məhiş oğlu            18.05.1971  29.09.1992

32. İbrahimov Kərəm Hümbət oğlu     05.05.1972  28.10.1992

33. İsmayılov Tahir İsa oğlu               19.01.1965  30.10.1992

34. İsrafilli Həsən Hüseyn oğlu            05.03.1958  18.06.1992

35. Kərimov Xaləddin Telman oğlu       09.11.1968  27.10.1992

36. Qəhrəmanov Vidadi İslam oğlu      30.03.1971  19.01.1993

37. Qəhrəmanov Qəhrəman Süleymanoğlu 05.03.1973  30.09.1992

38. Qubadov Vüqar Hicran oğlu           07.02.1973  19.09.1992

39. Qurbanov Natiq Mirzəli oğlu          16.02.1970   30.10.1992

40. Qurbanov Rasim Fikrət oğlu          19.12.1972  28.10.1992

41. Qurbanov Şaban Qulu oğlu            08.11.1972  28.10.1992

42. Məmmədov Elman Nurəddin oğlu   25.08.1970  11.02.1993

43. Məmmədov Faiz Kərim oğlu           14.09.1971  29.10.1992

44. Məmmədov İlqar Nuru oğlu           01.07.1961  26.01.1993

45. Məmmədov İlqar Şirzal oğlu          08.09.1971  19.09.1992

46. Məmmədov Mehman Tofiq oğlu      15.04.1972  19.09.1992

47. Məmmədov Pərviz Aşralı oğlu         04.05.1973  27.10.1992

48. Mənsimov Rüstəm İsrafil oğlu        01.07.1970  28.10.1992

49. Mirzəyev Araz Seyfəddin oğlu        28.07.1973  25.01.1993

50. Muxtarov Aydın Şaban oğlu           29.05.1974  24.01.1993

51. Namazov Pəhlivan Elman oğlu       29.12.1969  19.01.1993

52. Namazov Elçin Mahmud oğlu         13.09.1962  30.10.1992

53. Nyuneçkin Vladimir Anatolyeviç     03.02.1961  28.10.1992

54. Orucov Kamran Niyətulla oğlu       27.01.1974  19.09.1992

55. Ömərov Nizaməddin Məcid oğlu     09.10.1974  21.01.1993

56. Salmanov Sahib Salman oğlu        16.04.1973  28.10.1992

57. Səmədov Hümbət Əhəd oğlu         04.12.1966  13.06.1992

58. Svanidze Məhəmməd Fəzli oğlu     18.04.1974  22.01.1993

59. Şirinov Zahid Əsədulla oğlu           31.08.1971  20.09.1992

60. Tarverdipur Elşad Hüseyn oğlu      18.03.1971  28.10.1992

61. Təsəlliyev Aqil Böyükağa oğlu       02.02.1973  25.01.1993

62. Zeynalov Bədəl Babası oğlu          19.11.1973  25.01.1993

 

Azərbaycan.- 2022.- 1 aprel.- S.4.