ADAU TV ölkəmizdəYutubplatformasının rəsmi təsdiq nişanını alan ilk universitet kanalı olub

 

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) “Yutubplatformasında fəaliyyət göstərən kanalı rəsmi təsdiq nişanını alıb.

Azərbaycanda ali təhsil müəssisələri arasında bu platformada rəsmi təsdiq nişanını əldə edən ilk universitet kanalı olan ADAU TV 4 mindən çox abunəçi sayı ilə tələbə müəllimlərin, həmçinin kənd təsərrüfatı mütəxəssislərinin, fermerlərin daha çox üz tutduqları kanaldır. Kanalın bazasında 1000-dən çox onlayn dərs, fermerlər üçün mütəxəssis məsləhətləri tanıtım materialları mövcuddur.

Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universiteti ölkəmizdə ilk tam Azərbaycan dilində xidmət göstərənYutubməzmun idarəetmə sistemi olan Baku Cms Media şirkəti ilə bu platformada videoların lisenziyalaşdırılması məzmununun təhlükəsizliyi sahələrində əməkdaşlıq edir.

 

S.ƏLİYEV

 

Azərbaycan.- 2022.- 6 aprel.- S.4.