Gəncə şəhər  rəhbərliyi şəhid Rauf Əsgərovun anası ilə görüşüb

 

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 44 günlük Vətən müharibəsi qəhrəmanlarından biri - şəhid Rauf Əsgərovun anası Brilliant Əsgərova ilə görüşüb.

Niyazi Bayramov şəhid anası ilə söhbətdə Vətən müharibəsi zamanı ölkəmizin bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş  şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına dövlət başçısı tərəfindən göstərilən xüsusi diqqət və qayğıkeşlikdən danışıb. Bildirib ki, şəhid ailələrinin mənzil-məişət şəraitinin, sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilir. Brilliant Əsgərova şəhid ailələrinə göstərilən hərtərəfli diqqət və qayğıkeşliyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz adından və şəhid anaları adından təşəkkürünü bildirib. Bununla yanaşı, Brilliant xanım bir sıra müraciətlərini də şəhər rəhbərliyinin diqqətinə çatdırıb.

Şəhid anasının müraciətlərinin bəziləri yerindəcə həll olunub, digərləri isə qeydiyyata alınaraq aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

 

 

Azərbaycan.-2022.- 9 aprel.- S.7.