Avropa İttifaqı-ÜST layihəsi çərçivəsində yerli səhiyyə qurumlarına 600-dən artıq avadanlıq təhvil verilib

 

7 Aprel - Ümumdünya Sağlamlıq Günündə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən həyata keçirilən “COVID-19 əleyhinə vaksinasiyaya dəstəklayihəsi çərçivəsində ÜST-ün Azərbaycan nümayəndəliyi avadanlıqların təhvil-təslim mərasimini təşkil edib.

 

AZƏRTAC xəbər verir ki, hər il aprelin sonunda keçirilən ənənəvi Avropa İmmunlaşdırma Həftəsi ərəfəsində təşkil edilmiş tədbirdə Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Nadir Zeynalov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, ÜST-ün Azərbaycandakı nümayəndəsi ölkə ofisinin rəhbəri  Hande Harmancı, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko yerli səhiyyə tərəfdaşları iştirak ediblər.

 

Tədbirdə yeni növ koronovirus (COVID-19) pandemiyası ilə mübarizədə həmin layihə çərçivəsində görülmüş işlər əldə edilmiş əsas nailiyyətlər qeyd edilib. Ölkədə həm COVID-19, həm rutin peyvəndlərin saxlanması üçün soyuq zəncir sisteminin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyinin Gigiyena Epidemiologiya Mərkəzlərinə hər biri 145 litr peyvənd tutumuna malik 100 peyvənd soyuducusu, TƏBİB-ə isə hər biri 98 litr peyvənd tutumuna malik 200 peyvənd soyuducusu təhvil verilib. ÜST tərəfindən kvalifikasiya olunmuş bütün soyuducular enerji stabilizatoru 30 günlük temperatur monitorinqini təmin edən cihazla təchiz edilib. Peyvənd soyuducularından əlavə, yerli səhiyyə tərəfdaşlarına səyyar immunlaşdırma kampaniyalarında istifadə məqsədilə xüsusi dizayn edilmiş 122 portativ peyvənd daşıyıcısı, həmçinin rəqəmsallaşma nəzarət mexanizminin gücləndirilməsi məqsədilə 102 kompüter, 79 printer 79 enerji qaynağı cihazı (UPS) təqdim edilib.

 

Qeyd edək ki, peyvəndlərin təhlükəsiz şəraitdə saxlanması daşınmasının təmin edilməsi məqsədilə “COVID-19 əleyhinə vaksinasiyaya dəstəklayihəsi çərçivəsində əlavə avadanlıq cihazların təhvil-təslimi planlaşdırılır. Bu məqsədlə aprel ayının sonlarında ÜST-ün Azərbaycan nümayəndəliyi tərəfindən daha 500 peyvənd daşıyıcısı TƏBİB-ə təhvil veriləcək. Təhvil verilmiş avadanlıqlardan düzgün istifadənin təmin edilməsi məqsədilə yerli tibb müəssisələrinin əməkdaşları üçün müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulur.

 

Təhvil-təslim mərasimində səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib: “Vaksinasiya prosesində vacib məqamlardan biri peyvəndlərin müəyyən sabit temperaturda saxlanılmasıdır. Bu, “soyuq zəncir sistemiadlanır. Həmin sistemin təminatında həm stasionar, həm daşınan soyuducuların böyük rolu var. Bu gün kiçik böyük stasionar soyuducuların, daşınan portativ çantaların kompüter avadanlıqlarının təhvil verilməsində iştirak edirik. Həmin avadanlıqlar peyvəndləmə prosesində iştirak edən qurumlar arasında paylanılacaq vaksinasiya prosesinin icra edilməsi onun qeydiyyatını xeyli asanlaşdıracaq, ölkəmizin səhiyyə sisteminə texniki dəstək  göstərəcək”.

 

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov  layihə barədə öz fikirlərini belə ifadə edib: “Vaksinasiyaya dəstək layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının  təşkilatçılığı Avropa İttifaqının maliyyə dəstəyi ilə  bir sıra avadanlıqların - soyuducular, kompüter avadanlıqları vaksinlərin ərazi üzrə daşınması üçün konteynerlərin  təhvil-təslim prosesi aparıldı.  Bizə təqdim olunan avadanlıqlar bu işin regionlarda, kənd məntəqələrində daha optimal, sürətli yüksək səviyyədə aparılmasına, nəticədə ərazi bölgələrində əhaliyə yüksəksəviyyəli xidmət göstərilməsinə dəstək göstərəcək. Bu işin təşkilatçılarına təşəkkür edir ümid edirik ki, bu əməkdaşlıq uzun müddət davam edəcək”.

 

Peyvəndlərin çatdırılması sağlam  təhlükəsiz şəkildə olacaq  əhalinin sağlamlığı daha etibarlı şəkildə qorunacaq. Bu sahədə bir sıra təlimlər keçiriləcək. Avropa İttifaqı ilə çox səmərəli əməkdaşlıq edirik bu əməkdaşlıqdan çox məmnunuq, qarşıdakı aylarda  avadanlıqların verilməsi yenə davam edəcək”, - deyə ÜST-ün nümayəndəsi Hande Harmancı bildirib.

 

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko Ümumdünya Sağlamlıq Gününü Azərbaycanda keçirdiyinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib: “Bu, çox simvolik bir tarixdir Avropa İttifaqı ilə Azərbaycanın tərəfdaşlığının inkişafı bizim üçün böyük əhəmiyyət daşıyır. Təqdim olunan avadanlıqlar prosesə nəzarət mexanizminin rəqəmsallaşmasına onun daha da təkmilləşməsinə xidmət edir”.

 

Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə rutin immunlaşdırma proqramlarının gücləndirilməsi məqsədilə ÜST-ün Azərbaycandakı nümayəndəliyi 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə üçillik “COVID-19 əleyhinə vaksinasiyaya dəstəklayihəsini həyata keçirməyə başlayıb. Bu layihə Avropa İttifaqı Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.

 

 

Azərbaycan.- 2020.- 8 aprel. S. 6.