Həmrəyliyə sadiqliyin təcəssümü

 

Azərbaycan Ukraynaya növbəti dəfə humanitar yardım göndərdi

 

Avrasiya geosiyasi arealında öz sözümövqeyi olan ölkə kimi beynəlxalq nüfuzunu daim artıran Azərbaycan bu gün bölgənin ən fəal siyasi aktoruna çevrilib. Tarixi reallıqlar sübut edir ki, Azərbaycan qısa müddətdə qüdrətli, dünya miqyasında etibarlı tərəfdaş olan dövlətə çevrilib. Bunu şərtləndirən yeganə amil isə Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətdir.

Ümumiyyətlə, demokratik tərəqqi yolunu seçən Azərbaycan qonşu olanolmayan digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir. Dövlət başçısının milli mənafelərin qorunmasına xidmət edən xarici siyasət kursunun məqsədyönlü şəkildə davam etdirilməsi beynəlxalq əlaqələrin düzgün qurulmasına imkan yaradır. Bu gün BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Prezidenti həm də qlobal miqyaslı təşəbbüsləri ilə diqqətləri cəlb edir. Prezident İlham Əliyevin irəli sürdüyü təkliflər əsasında keçirilən həmrəylik tədbirləri, yardım kampaniyaları böyük dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən daim təqdir edilir. 

Bu, bir həqiqətdir ki, Azərbaycan özü də çətin, ağır illər keçirib, xalqımız soyqırımlara məruz qalıb, yurdundan, elindən didərgin düşən soydaşlarımız qaçqın-köçkün vəziyyətində yaşayıblar. Dövlət öz vətəndaşlarına sahib çıxaraq onların sosial müdafiəsini təmin edib. Bu çətin günlər ötən əsrin 90-cı illərinin əvvəlinə, Azərbaycanın dövlət müstəqilliyinin yenicə bərpa olunduğu illərə təsadüf edirdi. İqtisadi imkanları o qədər də güclü olmayan dövlətin humanitar yardımlara ehtiyacı qaçılmaz idi. Bu günlərdən keçən ölkə indi özü humanitar yardım edən dövlətə çevrilib.

Son illər Pakistan, Yaponiya, Somalibaşqa ölkələrə birbaşa humanitar yardımlar göstərən Azərbaycanın atdığı addımlar beynəlxalq təşkilatlar tərəfindən böyük xeyirxahlıq kimi dəyərləndirilir.

Bunun digər nümunəsinə aprelin 15-də şahidlik etdik. Ukraynada yaşanan böhran nəticəsində Moldova Respublikası ərazisinə keçmiş ukraynalı məcburi köçkünlərin ehtiyaclarının qarşılanması məqsədilə Azərbaycan dövləti tərəfindən təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələrindən ibarət humanitar yardım yola salındı. Göndərilən 29 tonluq humanitar yardımın məbləği 1,7 milyon manatdan çoxdur.

Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə bu il fevralın 27-də və martın 12-də Azərbaycan tərəfindən Ukraynaya dərman vasitələrindən, tibbi sərf, cihaz və avadanlıqlardan, eləcə də ərzaq məhsullarından ibarət ümumi məbləği 21,5 milyon manat olan 520 tona yaxın humanitar yardım göndərilib.

Xatırladaq ki, qlobal pandemiya ilə mübarizə dövründə ölkəmiz beynəlxalq arenada, iqtisadi, sosial sahədə özünü güclü dövlət kimi göstərdi. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərini təşkil etməklə dünyanı birləşdirdi. Zirvə görüşləri uğurlu oldu, qəbul edilmiş sənədlərdə Azərbaycanın təşəbbüsü və bu sahədə oynadığı rol, həmrəyliyə hesablanmış addımları yüksək qiymətləndirildi. Ümumiyyətlə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-nə yaxın ölkəyə birbaşaÜmumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə, humanitar yardımı edib. Azərbaycanın koronavirusa qarşı ümumbəşəri mübarizəyə ciddi maddi və mənəvi dəstək verməsi, bütövlükdə bu prosesə qoşulmaqla ortaya uğurlu nəticələr qoyması təsdiq edir ki, Prezident İlham Əliyevin səyləri təkcə rəhbəri olduğu xalqın deyil, həm də bütün bəşəriyyətin xilasına yönəlib. Azərbaycanın Qoşulmama Hərəkatı adından təqdim etdiyi sənədin BMT-də qəbulu göstərir ki, ölkəmizin "peyvənd millətçiliyi" ilə bağlı ədalətli, insanpərvər və sivil yanaşması beynəlxalq səviyyədə yetərincə dəstəklənir və haqlı hesab edilir. Qəbul edilmiş qətnamə fonunda dünyada bir reallıq da təsdiqini tapır ki, vaksin ədalətsizliyinə son qoyulmasa, koronavirus infeksiyasına yaxın perspektivdə qalib gəlmək mümkün olmayacaq.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.- 16 aprel.- S.5.