Mediakommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda seminarların ikinci mərhələsinə başlanılıb

 

Mediakommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda seminarların ikinci mərhələsinə start verilib. Seminarlar Medianın İnkişafı Agentliyi (MEDİA) ilə ADA Universitetinin birgə imzaladığı əməkdaşlıq memorandumu çərçivəsində keçirilir.

MEDİA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Medianın İnkişafı Agentliyinin və ADA Universitetinin İnkişafDiplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən seminarlar dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətlərinin rəhbərləri, ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları üçün nəzərdə tutulub.

Seminarın ikinci mərhələsinin açılış mərasimində çıxış edən ADA-nın İnkişafDiplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva MEDİA ilə əməkdaşlıq təcrübəsinin uğurundan danışıb. Vurğulanıb ki, mediakommunikasiya kimi vacib sahədə islahatların həyata keçirilməsində ADA-nın təlim və tədqiqat potensialından istifadə edilməsi məqsədəuyğundur. Bu mənada ən qabaqcıl elmi nəzəriyyələrin və təcrübələrin tətbiqi ADA-nın beynəlxalq əməkdaşlıq şəbəkəsindən istifadə etməyə imkanlar açır.

ADA-nın İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova MEDİA Agentliyi ilə keçirilən digər layihələr kimi, bu layihənin də uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, medianın inkişafının cəmiyyətimizə müsbət təsir etməsindən danışıb.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli dövlət orqanları (qurumları) ilə media subyektləri arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsində ADA ilə sıx əməkdaşlığın gözəl təşəbbüs olduğunu qeyd edib. N.Məmmədli belə silsilə seminarların keçirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, silsilə seminarların məqsədi peşəkar əlaqələrin qurulması, kommunikasiya strategiyalarının səmərəli şəkildə işlənilməsi, gündəmin formalaşmasına təsiri və gündəmə uyğun proaktivreaktiv fəaliyyətin planlaması, qurumdaxili kommunikasiyakomanda ruhunun artması, ənənəvi və sosial media ilə işləyərək, daha keyfiyyətli məzmunun yaradılmasına nail olmaqdır.

Seminarda yerlixarici mütəxəssislər çıxış edirlər və interaktiv müzakirə sessiyaları aparılır.

 

Azərbaycan.- 2022.-26 aprel.- S.5.