Xırdalanda "Oxu günü" festivalı keçirilib

 

Xırdalan şəhərindəki Heydər Əliyev Parkında "Oxu günü" adlı sərgi-festival keçirilib.

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə "Hədəf Nəşrləri" və "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, akademiklər, tanınmış yazıçılar, elm xadimləri, təhsil kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

İştirakçılar əvvəlcə kitab, jurnal və qəzet stendlərinə baxmış, müəlliflərlə birbaşa dialoq qurmuş, diqqət və maraqlarını çəkən kitablar haqqında fikir mübadiləsi aparmışlar. Bildirilmişdir ki, "Oxu günü" kitabın, mütaliənin təbliğatında böyük rol oynayır, oxucu-yazıçı birliyini möhkəmləndirir. Gələcək yeni əsərlər bu birliyin nəticəsində ərsəyə gəlir.

Xatırladaq ki, "Oxu günü" festivalı 2015-ci ildən keçirilir.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2022.- 26 aprel.- S.7.