"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 22 iyun tarixli 554-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan  Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il  15 fevral tarixli 795 nömrəli Fərmanında  dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 22 iyun tarixli  554-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

 

1. Müəyyən edilsin ki:

 

1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

 

1.2. həmin Məcəllənin 162-1.1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

 

2. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (II kitab), maddə 259, ¹ 3, maddə 460, ¹ 4, maddə 670, ¹ 6, maddələr 1025, 1063, ¹ 7, maddə 1272, ¹ 9, maddə 1468, ¹ 10, maddələr 1614, 1638; 2017,  ¹ 2, maddələr 176, 202, ¹ 3, maddə 351, ¹ 4, maddələr 530, 537, ¹ 6, maddə 1101, ¹ 7, maddələr 1314, 1346, ¹ 8, maddə 1521, ¹ 9, maddə 1637, ¹ 10, maddələr 1788, 1798, ¹ 11, maddələr 2003, 2027, ¹ 12 (I kitab), maddələr 2290, 2320; 2018, ¹ 1, maddə 36, ¹ 2, maddələr 198, 201, ¹ 3, maddələr 418, 428, 443, 445, ¹ 5, maddələr 914, 918, 926, 955, ¹ 6, maddələr 1225, 1234, ¹ 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, ¹ 8, maddələr 1678, 1697, ¹ 9, maddə 1840, ¹ 11, maddələr 2244, 2256, 2273, 2289, ¹ 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, ¹ 1, maddələr 52, 68, ¹ 3, maddə 426, ¹ 4, maddələr 602, 630, ¹ 5, maddələr 825, 846, 852, ¹ 6, maddələr 1035, 1046, ¹ 8, maddələr 1395, 1401, ¹ 11, maddə 1700; 2020, ¹ 3, maddələr 238, 240, 241, ¹ 5, maddələr 540, 564, ¹ 6, maddələr 691, 709, ¹ 7, maddələr 863, 880, 884, ¹ 8, maddələr 1027, 1032, ¹ 9, maddə 1155, ¹ 11, maddə 1359, ¹ 12 (I kitab), maddə 1484; 2021, ¹ 1, maddə 36, ¹ 4, maddə 317, ¹ 5, maddə 444, ¹ 6 (I kitab), maddələr 565, 575, ¹ 7, maddələr 724, 728, 741, ¹ 10, maddə 1101, ¹ 12, maddələr 1407, 1423; 2022, ¹ 1, maddə 28, ¹ 2, maddə 111, ¹ 4, maddələr 313, 323; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 31 may tarixli 1705 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

 

2.1. 4.1-ci bənddən ",162.3," rəqəmləri çıxarılsın və həmin bəndə "127-6.3-cü maddələrində," sözlərindən sonra "162.3, 162-1.1," rəqəmləri əlavə edilsin;

 

2.2. 4.3-1-ci bəndə "Məcəllənin" sözündən sonra "162-1.1-ci," sözləri əlavə edilsin.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 22 iyun tarixli 554-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri,  1 avqust 2022-ci il

 

Azərbaycan.- 2022.- 2 avqust.- S.2.