Ağstafada səhidin adını daşıyan küçədə barelyefi qoyulub

 

Ağstafanın Düzqışlaq kəndindən olan Vətən müharibəsi səhidi Taleh Namazovun rayon mərkəzində adına verilmiş küçədə barelyefinin açılışı olmuşdur.

Rayon rəhbərliyinin, şəhidin ailə üzvlərinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Müşfiq Hüseynov, şəhidin atası Zülfəli Namazov və digərləri Talehin keçdiyi şərəfli döyüşömür yolundan, eləcə də ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən yüksək dövlət qayğısından söhbət açmışlar. Diqqətə çatdırılmışdır ki, 1999-cu ilin iyul ayında Ağstafanın  Düzqışlaq kəndində dünyaya göz açan Taleh Namazov 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu kimi iştirak edib. O, Füzulinin azadlığı uğrunda döyüş tapşırığını yerinə yetirən zaman şəhidlik zirvəsinə ucalıb. Doğma kəndində torpağa tapşırılan şəhid Vətən uğrunda, Döyüşdə fərqlənməyə görə və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.

 

S.ƏLİYEV

 

Azərbaycan.- 2022.- 2 avqust.- S.5.