"Şuşanı tanıyaq, tanıdaq!" layihəsinə başlanılıb

 

"Cəmiyyətin və Medianın İnkişafı" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Şuşanı tanıyaq, tanıdaq!" layihəsinə start verib.

AZƏRTAC xəbər verir ki, əsas məqsədi Şuşanı virtual məkanda təbliğ etmək olan layihə çərçivəsində Azərbaycan, rusingilis dillərində saytın açılması nəzərdə tutulur. Bundan başqa, Şuşanın 270 illiyinə həsr olunan və Şuşanın tarixi, bu günü ilə bağlı məqamları əks etdirən qısametrajlı film çəkilişi və jurnalın nəşri də planlaşdırılır. Jurnal Azərbaycan, ingilisrus dillərində buraxılacaq.

 

Azərbaycan.- 2022.- 2 avqust.- S.5.