Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları Ulu Öndərin məzarını və İkinci Şəhidlər xiyabanını ziyarət ediblər

 

Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları Avqustun 1-də Ülu Öndər Heydər Əliyevin məzarını və İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, iştirakçılar əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüblər. Sonra III Yay Düşərgəsinin iştirakçıları İkinci Şəhidlər xiyabanında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri qoyublar.

Qeyd edək ki, Diaspor Gənclərinin III Yay Düşərgəsi avqustun 2-8-də Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhərində təşkil ediləcək.

 

Azərbaycan.- 2022.- 2 avqust.- S.6.