Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan nümayəndə heyəti
ilə görüşüb
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında bildirib.
Nazir qeyd edib: “Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin qəbulunda olduq, dövlətimizin başçısı İlham Əliyevin salamlarını çatdırdıq. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın, iqtisadi-ticarət əlaqələrinin, sənaye və kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin, yaradılacaq Birgə İnvestisiya Fondunun qarşılıqlı investisiyaların cəlb edilməsində əhəmiyyəti vurğulandı”.
Mikayıl Cabbarov, həmçinin
bildirib ki, Azərbaycan
və Özbəkistan prezidentlərinin siyasi
iradəsi və dostluq münasibətləri
əməkdaşlığımızın inkişafı üçün möhkəm zəmin
yaradır.
Azərbaycan.- 2022.- 3 avqust.- S.3.