Azərbaycan
Respublikası Prezidentinin “Elektron
ipoteka və kredit zəmanət”
sistemi haqqında Əsasnamə”nin təsdiq
edilməsi barədə” 2018-ci il 1 may tarixli 30 nömrəli,
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan
Respublikası Vergi Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə
məsələləri haqqında” Azərbaycan Respublikası
Qanununun və bu Qanunla təsdiq edilmiş
Azərbaycan Respublikası Vergi Məcəlləsinin
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli
393 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında” 2018-ci il 20 dekabr
tarixli 414 nömrəli, “Sosial
təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının 2019-cu il büdcəsi
haqqında” Azərbaycan Respublikasının
2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli Qanununun
tətbiqi barədə” 2018-ci il 21 dekabr tarixli 424 nömrəli,
“İşsizlikdən sığorta fondunun
2019-cu il büdcəsi haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 30 noyabr tarixli 1351-VQ nömrəli
Qanununun tətbiqi barədə” 2018-ci il 21 dekabr tarixli 425 nömrəli
və “Azərbaycan Respublikasında bir
sıra dövlət orqanlarının strukturunun
optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi
ilə bağlı əlavə tədbirlər haqqında”
2019-cu il 17 yanvar tarixli 479 nömrəli fərmanlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 898, № 10, maddə 1991; 2019, № 6, maddə 1014; 2020, № 11, maddə 1355) 6-cı hissəsində “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə, “tapşırılsın ki,” sözləri “tapşırılsın və Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə olunsun ki, ” sözləri ilə əvəz edilsin və həmin hissədən “Əmlak Məsələləri Dövlət Komitəsinə, Maliyyə Bazarlarına Nəzarət Palatasına və” sözləri çıxarılsın.
2. “Azərbaycan
Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan
Respublikası Vergi Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan
Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il
20 dekabr tarixli 414
nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab),
maddə 2571; 2021, № 12, maddə 1398) 2.3-cü bəndində
“Vergilər” sözü “İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat”
sözləri ilə əvəz edilsin.
3.
“Sosial təminatı və müdafiəni həyata keçirən
müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi
haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr
tarixli 1350-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 424 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2581) 7-ci hissəsində
“Vergilər Nazirliyinin” sözləri “İqtisadiyyat Nazirliyi
yanında Dövlət Vergi Xidmətinin” sözləri ilə
əvəz edilsin.
4.
“İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi
haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr
tarixli 1351-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 425 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2582; 2020, № 3, maddə
247) 7-ci hissəsində “Azərbaycan Respublikası Vergilər
Nazirliyinin” sözləri “Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin”
sözləri ilə əvəz edilsin.
5.
“Azərbaycan Respublikasında bir sıra dövlət
orqanlarının strukturunun optimallaşdırılması və
idarə edilməsinin təkmilləşdirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli
Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019, № 1, maddə 69, № 4, maddə 656, № 12, maddə 1950;
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 31 may tarixli 1694
nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər
edilsin:
5.1. 9-cu hissədən “Əmlak Məsələləri Dövlət Komitəsi, ” sözləri çıxarılsın;
5.2. 10-cu hissədə “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
2 avqust 2022-ci il
Azərbaycan.- 2022.- 4 avqust.- S.7.