Şəhid
uşaqları üçün yay düşərgəsinin birinci
mərhələsi yekunlaşıb
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Sosial Xidmətlər Agentliyinin sosial sifarişi və dəstəyi
ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək
İctimai Birliyi tərəfindən şəhid
uşaqları üçün təşkil edilən növbəti
yay istirahət düşərgəsinin birinci mərhələsi
başa çatıb.
Nazirliyin
İctimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a verilən məlumata görə, 70 nəfərdən
ibarət ilk qrup iyulun 29-dan avqustun 3-dək Qubada yerləşən
istirahət mərkəzində dincəlib.
Həmin müddət ərzində şəhidlərimizin övladları rayonun tarixi və gəzməli yerlərinə ekskursiya ediblər. Həmçinin bir sıra “Axtar-tap”, “Bionika”, “Ebru”, “Mini Survivor” və s. kimi əyləncəli interaktiv təlimlərdə iştirak edərək öz bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
Düşərgədə onlarla interaktiv oyunlarla yanaşı, su idmanı və istirahəti, eyni zamanda müxtəlif psixoloji seanslar təşkil edilib.
Düşərgənin son günündə şəhid övladları peşəkar təlimçilərin təşkil etdiyi əyləncəli idman oyunları və “Xəmsə” intellektual təlimində iştirak edərək sertifikatlar əldə ediblər.
Növbəti mərhələdə daha 70 nəfər yay düşərgəsinə yola salınacaq.
Layihə ümumilikdə ölkəmizin
müxtəlif bölgələri üzrə 100-dək şəhid
uşağını (valideynlərindən birinin
müşayiət edəcəyi də nəzərə
alınmaqla 140 nəfəri) əhatə edəcək.
Azərbaycan.- 2022.- 6 avqust.- S.6.