Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılsınlar:

 

1.1. birinci yeri tutmuş idmançı - 20000 manat, onun şəxsi məşqçisi - 10000 manat, həmin idman növü üzrə baş məşqçi - 10000 manat;

 

1.2. üçüncü yeri tutmuş  komanda - 20000 manat, komandanın hər bir məşqçisi - 5000 manat.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 Bakı şəhəri, 8 avqust  2022-ci il

 

Azərbaycan.- 2022.- 9 avqust.- S.1.