Komandamız növbəti medalını üçtəkanla tullanma yarışında qazanıb

 

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, idmançılarımız komandamızın aktivinə daha bir medal yazdırıblar. Belə ki, atletikanın üçtəkanla tullanma proqramında Azərbaycan idmançısı Aleksis Kopello gümüş medal qazanıb.

Bununla da komandamızın qazandığı medalların sayı 3-ə çatıb. Bundan əvvəl atletimiz Anna Skidan çəkicatma yarışlarında qızıl medal qazanıb, taekvondoçumuz Qaşım Maqomedov (58 kq) isə bürünc medala sahib olub.

Qeyd edək ki, Oyunlarda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparır. Oyunlar vaxtı 483 dəst medal sahibini tapacaq.

 

Azərbaycan.- 2022.- 10 avqust.- S.7.