"Xurşidbanu Natəvan" Ağdamda olmuşdur

 

Əməkdar incəsənət xadimi Fəxriyə xanım Xələfova "Xurşidbanu Natəvan" filmində baş rola çəkilmişdir.

Filmin çəkilişləri Ağdam rayonundakı XVIII əsrə aid Şahbulaq qalasında aparılmışdır. Ağdama səfəri zamanı Fəxriyə xanım Xələfova rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovla birlikdə Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində olmuş, Ağdam Şahbulaq qalasının 1980-ci ilin eskiz layihəsini mərkəzə hədiyyə etmişdir. Layihənin müzakirəsi zamanı Fəxriyə xanım Qarabağ müsəlman arxitekturasına aid olan günbəzin işğal dövründə erməni vandalları tərəfindən silinərək özlərinə məxsus formaya salındığını bildirmişdir. O, qeyd etmişdir ki, çox yaxın vaxtlarda Prezidentin tapşırığına əsasən, Şahbulaq qalası təmir olunaraq əvvəlki formasına qaytarılacaq. 

 

Lazım QULİYEV

 

Azərbaycan. - 2022.- 16 avqust.- S.5.