"Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və Aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə"  Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və Aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 4, maddə 324, ¹ 10, maddə 849; 2008, ¹ 7, maddə 612, ¹ 8, maddə 715, ¹ 11, maddə 970; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83, ¹ 10, maddə 851; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 9, maddə 856; 2014, ¹ 4, maddə 362; 2017, ¹ 4, maddə 557, ¹ 5, maddə 813; 2018, ¹ 2, maddə 205; 2020, ¹ 8, maddə 1036; 2021, ¹ 8, maddə 920) 3-cü hissəsində "113" rəqəmləri "163" rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 avqust  2022-ci il

 

Azərbaycan.- 2022.- 18 avqust.- S.4.