Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 2006-cı il 18 aprel tarixli 391 nömrəli, "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında" 2007-ci il 19 mart tarixli 560 nömrəli, "Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası"nın təsdiq edilməsi haqqında" 2010-cu il 10 fevral tarixli 218 nömrəli, "Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında" 2010-cu il 24 may tarixli 271 nömrəli, "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2011-ci il 16 fevral tarixli 386 nömrəli, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası  Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə"nin təsdiqi barədə" 2012-ci il 13 fevral tarixli 593 nömrəli, "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə" 2012-ci il 4 iyun tarixli 646 nömrəli, "Heydər Əliyev Mərkəzinin Əsasnaməsi"nin təsdiq edilməsi haqqında" 2012-ci il 8 oktyabr tarixli 709 nömrəli, "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsi haqqında Əsasnamənin, onun strukturunun, habelə hərbi qulluqçularının və mülki işçilərinin ümumi say həddinin təsdiq edilməsi barədə" 2017-ci il 9 fevral tarixli 1227 nömrəli və "Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" 2018-ci il 18 iyul tarixli 215 nömrəli fərmanlarında  dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 4, maddə 323, ¹ 12, maddə 1034; 2007, ¹ 11, maddə 1105, ¹ 12, maddə 1246; 2009, ¹ 7, maddə 533, ¹ 8, maddə 627, ¹ 10, maddə 773, ¹ 12, maddələr 983, 988; 2010, ¹ 2, maddə 83, ¹ 4, maddə 292, ¹ 11, maddə 966; 2011, ¹ 1, maddə 18,  ¹ 2, maddə 85, ¹ 4, maddə 281, ¹ 6, maddə 497, ¹ 10, maddə 894, ¹ 11, maddə 993; 2012, ¹ 10, maddə 950; 2014, ¹ 6, maddə 627, ¹ 7, maddə 820, ¹ 9, maddə 1029; 2016, ¹ 1, maddə 77; 2017, ¹ 2, maddə 184, ¹ 10, maddə 1784; 2018, ¹ 6, maddə 1205, ¹ 7 (I kitab), maddə 1480; 2019, ¹ 3, maddə 431, ¹ 5, maddə 860, ¹ 6, maddə 1044, ¹ 12, maddə 1927; 2020, ¹ 7, maddə 882; 2021, ¹ 5, maddə 439; 2022, ¹ 1, maddə 29, ¹ 4, maddə 332) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"nin 9.48-ci bəndindən "saxlanılması və" sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 3, maddə 239; 2008, ¹ 1, maddə 4, ¹ 3, maddə 168, ¹ 8, maddə 722, ¹ 11,  maddə 970; 2009, ¹ 1, maddə 11, ¹ 4, maddə 221, ¹ 7, maddə 532, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83, ¹ 3, maddə 193, ¹ 7, maddə 625; 2011, ¹ 2, maddə 85, ¹ 3, maddə 178, ¹ 11, maddə 994; 2012, ¹ 4, maddə 287; 2013, ¹ 2, maddə 121, ¹ 5, maddə 513, ¹ 9, maddə 1044, ¹ 12, maddə 1551; 2014, ¹ 9, maddə 1063; 2015, ¹ 2, maddə 119, ¹ 9, maddə 978; 2016, ¹ 5, maddə 868; 2017, ¹ 5, maddə 816; 2019, ¹ 5, maddə 836) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"nin 9.29-cu bəndindən "saxlanılması və" sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 218 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 2, maddə 82; 2013, ¹ 2, maddə 118; 2016, ¹ 2 (II kitab), maddə 248; 2017, ¹ 11, maddə 2026) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası"nın 8.6-cı bəndində "saxlanmaq" sözü "mühafizə" sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 271 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 5, maddə 400, ¹ 6, maddə 500; 2013, ¹ 2, maddə 119; 2016, ¹ 2 (II kitab), maddə 247; 2018, ¹ 1, maddə 38) ilə təsdiq edilmiş "Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası"nın 8.3-cü bəndində "saxlanmaq" sözü "mühafizə" sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 2, maddə 90, ¹ 7, maddə 625, ¹ 11, maddə 996; 2012, ¹ 9, maddə 853, ¹ 11, maddə 1084; 2013, ¹ 2, maddə 124, ¹ 12, maddə 1525; 2014, ¹ 7, maddə 789, ¹ 9, maddə 1053; 2015, ¹ 1, maddə 17, ¹ 3, maddələr 263, 264, ¹ 6, maddə 705, ¹ 8, maddə 908, ¹ 10, maddə 1134; 2016, ¹ 3, maddə 437, ¹ 5, maddə 859, ¹ 6, maddələr 1051, 1072, ¹ 9, maddə 1633; 2018, ¹ 3, maddə 433, ¹ 6, maddə 1245; 2019, ¹ 1, maddə 73, ¹ 2, maddə 245, ¹ 5, maddə 845, ¹ 6, maddə 1036, ¹ 7, maddə 1232, ¹ 8, maddə 1397, ¹ 11, maddə 1718, ¹ 12, maddə 1935; 2020, ¹ 3, maddə 247, ¹ 6, maddə 717, ¹ 8, maddə 1036; 2021, ¹ 4, maddə 318, ¹ 8, maddə 922, ¹ 12, maddə 1403; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 iyul tarixli 1774 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"nin 3.1.67-ci yarımbəndindən "saxlanılması və" sözləri çıxarılsın.

6. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 2, maddə 82; 2015, ¹ 2, maddə 138, ¹ 7, maddə 831, ¹ 11, maddə 1320; 2016, ¹ 6,  maddə 1034, ¹ 10, maddə 1612; 2017, ¹ 12 (I kitab), maddələr 2282, 2294; 2018, ¹ 11, maddə 2258; 2019, ¹ 5, maddə 847; 2020, ¹ 7, maddə 878, ¹ 11, maddə 1349; 2021, ¹ 1, maddə 36; 2022, ¹ 4, maddələr 314, 324) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə"nin 3.0.55-ci yarımbəndindən "saxlanılmasını və" sözləri çıxarılsın.

7. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 6, maddə 540; 2013, ¹ 12, maddə 1552; 2014, ¹ 1, maddə 14; 2015, ¹ 6, maddə 699; 2016, ¹ 9, maddə 1487, ¹ 10, maddə 1626; 2017, ¹ 12 (I kitab), maddə 2333; 2018, ¹ 7 (I kitab), maddə 1487; 2019, ¹ 6, maddə 1031; 2020, ¹ 2, maddə 97, ¹ 6, maddə 702; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 iyul tarixli 1753 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"nin 3.1.49-cu yarımbəndindən "saxlanılmasını və" sözləri çıxarılsın.

8. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 oktyabr tarixli 709 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 10, maddə 948; 2019, ¹ 10, maddə 1579) ilə təsdiq edilmiş "Heydər Əliyev Mərkəzinin Əsasnaməsi"nin 3.1.9-cu yarımbəndindən "saxlanılmasını və" sözləri çıxarılsın.

9. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 fevral tarixli 1227 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 2, maddə 171; 2018, ¹ 10, maddə 2021) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsi haqqında Əsasnamə"nin 3.0.14-cü yarımbəndindən "saxlanılmasını və" sözləri çıxarılsın.

10.    Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 7 (I kitab), maddə 1501, ¹ 11, maddə 2275; 2019, ¹ 6, maddə 1049; 2020, ¹ 2, maddə 96) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi"nin 3.1.25-ci yarımbəndindən "saxlanılmasını və" sözləri çıxarılsın.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 avqust 2022-ci il

 

Azərbaycan. - 2022.- 19 avqust.- S.5.