İran hərbi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

 

Ölkəmizdə səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin mütəxəssislərdən ibarət nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anaraq, məzarları önünə gül dəstələri düzüb, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

 

Azərbaycan.- 2022.- 21 avqust.- S.3.