Yaponiya portalı Azərbaycan bayrağının Laçında ucaldılması barədə məlumatlar yayıb

 

Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan bayrağının Laçın rayonunda ucaldılması barədə məlumatlar yayıb.

AZƏRTAC xəbər verir ki, yaponingilis dillərində yayılan məlumatlarda avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət bayrağının ucaldılması haqqında xəbərlər əksini tapıb.

Məlumatlarda Prezident İlham Əliyevin Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, ZabuxSus kəndlərinin nəzarətə götürülməsi barədə etdiyi paylaşım xüsusi yer alıb. Dövlətimizin başçısının bu münasibətlə bütün laçınlıları və Azərbaycan xalqını təbrik etdiyi qeyd edilib.

 

Azərbaycan.- 2022.- 28 avqust.- S.5.