Ermənistan müharibə cinayətlərinə görə cavab verməli olacaq

 

Vandallar mədəni irsimizi məhv etmək üçün hər cür ləyaqətsizliyə əl atıblar

 

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətində mədəni irsimizin məhv edilməsi xüsusi yer tutub. Bunun nəticəsidir ki, Azərbaycanın tarixi-mədəni sərvətlərinə böyük ziyan dəyib.

İşğaldan azad edilən ərazilərimizdə minlərlə maddi-mədəni, dini abidələr olub ki, onların da əksəriyyəti erməni vandalizminə məruz qalıb, müqəddəs and yerlərimiz düşmən tərəfindən təhqir olunub, dağıdılıb. Prezident İlham Əliyev dövlət başçılarının iştirakı ilə keçirilən beynəlxalq tədbirlərdə dəfələrlə bildirib ki, Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz, məscidləri bu günə qoyan ölkə bizləri sevə bilməz. Dini ibadət yerlərinin dağıdılması və donuzların saxlanıldığı yer kimi istifadə olunması erməni vandalizminin bariz nümunəsidir.

Bu hal Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir.

Ermənilər müxtəlif ölkələrdə saxtakarcasına guya Azərbaycanın xristian abidələrini dağıtdığını iddia edir və ölkəmizi hər vəchlə nüfuzdan salmağa çalışırlar. Azərbaycan xalqına, onun qədim mədəniyyətinə qarşı şər və iftira siyasətini davam etdirirlər. Bu, təbii ki, Azərbaycanın imicinə kölgə salmaq məqsədi daşıyır. Amma erməni tərəfinin bu cəhdləri əbəsdir. Çünki Azərbaycan bütün dinlərə məxsus abidələri qoruyub saxlayıb, təmir edib. Digər tərəfdən bütün dünya işğaldan azad edilmiş ərazilərdə erməni vandalizmindən və vəhşətindən şoka düşüb.

 

Misli görünməmiş vandallıq

 

Erməni tərəfinin törətdiyi qeyri-insani hərəkətləri adi sözlə ifadə etmək çətindir. İşğal dövründə xalqımızın tarixi yaddaşını yox etmək, qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyətinin izlərini silmək üçün hər cür saxtakarlığa əl atıblar. Bu əraziləri tərk edəndə də erməni vandalları yaşayış binalarını və evləri, məktəbləri və digər mülki infrastrukturu yandırıblar, ağacları kəsiblər və bununla da faktiki olaraq amansız ekoloji terror aktları törədiblər.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən qəzetimizə verilən məlumata görə, həyata keçirilən monitorinqlər zamanı dövlət qeydiyyatına alınmış 185 tarix-mədəniyyət abidəsinin dağıntıya məruz qaldığı müəyyən edilmişdir ki, onlardan 51-i tamamilə məhv edilmiş, 134-ü isə dağıdılmış, qalıqları tapılmamışdır. Həmçinin aparılan ilkin monitorinqlər zamanı 864 mədəniyyət müəssisəsi aşkar edilmişdir ki, onlardan 462-si kitabxana, 348-i klub müəssisəsi, 20-si muzey, 26-sı uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur.

İlk insan məskənləri olan məşhur və tarixi Azıx və Tağlar mağaraları, qədim Qaraköpək və Üzərlik təpələri hərbi məqsədlər üçün istifadə olunub və planlı və sistematik şəkildə məhv edilib. Erməni vandalları Köçərli, Mərdinli və Cümə məscidini, Aşağı  Gövhər ağa və Yuxarı Gövhər ağa məscidlərini, Şuşa şəhərindəki tarixi memarlıq qoruğunun ərazisindəki şair Xurşid Banu Natəvanın saray kompleksini söküb talan ediblər. Qarabağ xanının inşa etdiyi saray, Ağdamdakı Cümə məscidi və Laçın bölgəsindəki Həmzə SultanSultan Əhməd sarayları tamamilə dağıdılıb. Bununla yanaşı, işğalçılar genişmiqyaslı və peşəkar olmayan arxeoloji qazıntı işləri apararaq təbii və maddi-mədəni abidələri məhv edibya talan edib, Ermənistana daşıyıblar.

Memarlıq və arxeoloji abidələrlə yanaşı, bağ-park, monumental və xatirə abidələri də dağıdılmışdır. Belə ki, Qubadlı, FüzuliAğdam şəhərlərində vaxtilə yerləşmiş 1941-1945-ci illər müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidələri tamamilə məhv edilmişdir. Füzuli şəhərində Məhəmməd Füzulinin heykəli, Laçın rayonunun Güləbird kəndində Sarı Aşığın xatirə muzeyi, Molla Pənah Vaqifin Şuşa şəhərində yerləşən büstü, şair Natəvanın Ağdam şəhərində yerləşən qəbirüstü abidəsi dağıdılmışdır.

 

Erməni vəhşiliyinin sübutu

 

Doğma torpaqlarına qayıdan azərbaycanlılar əzizlərinin, valideynlərinin, dostlarının məzarlarını ziyarət etmək istədikdə aydın olub ki, qəbir daşlarının çoxu məhv edilibya talanıb. İşğaldan azad edilmiş Cəbrayılın şəhər qəbiristanlığı ermənilər tərəfindən tamamilə barbarlığa məruz qalıb. Bu məzarlıqda bir dənə də olsun salamat qəbir qoymayıblar. Hətta Cəbrayıl qəbiristanlığında insan qalıqları olan açıq çalalara rast gəlinib.

Müharibə dövründə ermənilər evləri, binaları sökərək talançılıq, soyğunçuluq törədiblər. Onu da qeyd edək ki, ermənilərin İkinci Qarabağ müharibəsi zamanı Gəncənin, Tərtərin, Ağdamın, Bərdənin dinc əhalisini güclü artilleriyaraket atəşinə tutması, buradakı yaşayış və inzibati binaları, eləcə də tarixi mədəniyyət abidələrini hədəfə alması təkcə Azərbaycan ictimaiyyətində deyil, bütün dünyada nifrət və ikrah hissilə qarşılanmışdır. Onların bu vandallığı xalqımızın mədəni-tarixi irisnə qarşı soyqırımıdır.

Bu gün qarşımızda duran əsas məsələlərdən biri Ermənistan tərəfindən törədilən transmilli cinayətlərin milli beynəlxalq səviyyədə hüquqi cəhətdən dəqiq qiymətini alması ədalətli mühakimə olunmasıdır. Ermənistanın bu əməlləri silahlı münaqişələr zamanı (1954-cü ildə) Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Haaqa Konvensiyasının və 1999-cu ildə bu konvensiyaya əlavə edilmiş ikinci protokolun kobud şəkildə pozulmasıdır.

 

Tarixi abidələrə gətirilən yeni nəfəs

 

Dövlətimiz erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərini sistemli şəkildə davam etdirir. Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda çıxışları zamanı, xarici KİV-ə müsahibələrində bu barədə ətraflı məlumatlar verir. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə önəmli layihələr həyata keçirir. Dövlət tərəfindən mütəmadi olaraq diplomatik korpusların nümayəndələrinin, xarici KİV-in təmsilçilərinin, müxtəlif sahələr üzrə dünyada tanınmış mütəxəssislərin işğaldan azad olunmuş ərazilərə səfərləri təşkil olunur. Təbii ki, onlar bu səfərlər zamanı erməni vandallığının canlı şahidi olaraq bunu öz ölkələrinin ictimaiyyətinə də çatdırırlar. Bu da Ermənistanın insanlığa qarşı cinayətlərinin beynəlxalq aləmdə ifşa olunmasında vacib amildir.

Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçəlir və işğaldan azad olunmuş ərazilərimizdəki məscidlərdə azan səsləri eşidilir, dualar oxunur. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva 2020-ci il dekabrın 8-də fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etdi. Mehriban xanımın göstərişi ilə icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olundular. Hazırda Heydər Əliyev Fondu azad olunmuş ərazilərdə dini abidələrimizin bərpasını həyata keçirir, yeni məscidlər inşa olunur.

İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilən qətnamələrdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün siyasi, hüquqi, iqtisadihumanitar aspektləri ilə bağlı mühüm müddəalar əks olunub. Eyni zamanda Azərbaycan ərazilərində işğal zamanı islam mədəniyyəti və tarixi irsinin nümunələrinin talan edilməsi, dağıdılması, təhqir edilməsi, mədəni irs nümunələrinin saxtalaşdırılması və oğurlanması pislənilir, bu hərəkətlər vandalizmin və barbarlığın təzahürü kimi qiymətləndirilir.

Qəbul edilən qətnamələrdə eyni zamanda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində dəymiş zərərə görə rəsmi İrəvanın məsuliyyəti təsbit edilir, Azərbaycanın bu xüsusda hüquqi tədbirlərə əl atmaq haqqı vurğulanır.

 

E.YƏHYAYEV

 

Azərbaycan.- 2022.- 24 avqust.- S.1; 6.