Özbəkistan Respublikasının mədəniyyət xadimlərinin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Dostluq" ordeni ilə təltif edilsinlər:

İsmayılov Haşimjon

Nəsirli Əli Heydər oğlu

Urinbayev Kamoliddin Turdimuratoviç.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 avqust 2022-ci il

 

Azərbaycan.- 2022.- 31 avqust.- S.2.