Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib

 

Dekabrın 7-də Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Baş naziri, AİH-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində AİH-in idarəetməsinə verilmiş Portfel şirkətlərinin 2022-ci ilin birinci yarımilliyi üzrə fəaliyyət hesabatı, onların korporativ idarəetmə standartları, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin hüquqi-korporativ strukturunun təkmilləşdirilməsi və istiqraz buraxılışı, “Azərbaycan Hava Yolları” QSC-yə aid xüsusi əhəmiyyətli əqdin bağlanması və digər cari məsələlər ətraflı müzakirə olunub.

Tədbirdə Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin EynullayevinBaş icraçı direktoru Ruslan Əlixanovun, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyevin məruzələri dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar edilib olunubAİH-in İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

 

Azərbaycan.- 2022.- 8 dekabr.- S.3.