Səfər başa çatıb

 

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana səfəri dekabrın 14-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər yola saldılar.

 

Azərbaycan.-2022.- 15 dekabr.- S.4.