Aksiya iştirakçısı: Otuz ildir Azərbaycanın sərvətləri talan olunur

 

Artıq altı gündür aksiyamız davam edir. Hər kəs həvəslə, coşqu ilə Azərbaycanın mənafeyinə uyğun şüarlar səsləndirir. Aksiyaya qatıla bilməyən şəxslərin də ürəyi buradadır. Könüllü şəxslər Vətən uğrunda xidməti olsun deyə aksiyada iştirak edirlər.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Arzu Əliyeva söyləyib.

O qeyd edib ki, aksiya iştirakçılarının məramı sülhdür: “Bundan əlavə, tələblərimizə cavab verilənədək buradayıq. Çünki bu dəhlizlə 30 ildir Azərbaycanın sərvətləri talan olunur. Ona görə də bizim tələblərimiz tam haqlıdır. Aksiya iştirakçıları təbii sərvətlərimizi qorumaq üçün gecə-gündüz Laçın-Xankəndi yolundadır. Havanın dəyişkən olmasına baxmayaraq, bizim məqsədimiz dəyişmir. Biz ekoloji terrora yox demək üçün bura toplaşmışıq”.

 

Azərbaycan.- 2022.- 18 dekabr.- S.6.