Tələbə: Xalqımızın tələblərini aksiya vasitəsilə səsləndiririk

 

Qarabağda faydalı qazıntı yataqlarımızın qanunsuz istismarına qarşı keçirilən aksiyada dörd gündür ki, iştirak edirəm. Bizim əsas tələbimiz ekoloji terrora son qoyulmasıdır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Elkin Kərimov söyləyib.

"Azərbaycan gənci olaraq xalqımızın tələblərini, haqq səsini bu aksiya vasitəsilə çatdırırıq. Bu, hər birimizin borcudur. İnanırıq ki, tələblərimiz yerinə yetiriləcək”, - deyə o qeyd edib.

 

Azərbaycan.- 2022.- 18 dekabr.- S.7.