Ö.H.Eldarovun 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ömər Həsən oğlu Eldarov 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

 

Azərbaycan.- 2022.-21 dekabr.- S.2.