Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü və 32 ci bəndlərini rəhbər tutaraq, "ASAN xidmət" İşçilərinin Peşə Bayramı Günüilk "ASAN xidmət" mərkəzinin fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə qərara alıram:

1. Dövlət xidmətlərinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

 

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

 

Mehdiyev Ülvi Ramiz oğlu

 

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

 

Azadəliyev Elvin Sərvər oğlu

Bayramov Səbuhi Mikayıl oğlu

Əkbərov Adil Sədrəddin oğlu

Hüseynov Elvin Akif oğlu

Məmmədov Elşən Ramiz oğlu.

2. Jurnalistika sahəsində səmərəli fəaliyyətinə görə Emin Qabil oğlu Musaviyə "Əməkdar jurnalist" fəxri adı verilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2022-ci il

 

Azərbaycan. - 2022.-28 dekabr.- S.5.