Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı və 21-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 7, maddə 797; 2014, ¹ 11, maddələr 1351, 1357, ¹ 12, maddə 1539; 2015, ¹ 3, maddə 259, ¹ 6, maddə 689, ¹ 12, maddə 1436; 2016, ¹ 2 (II kitab), maddə 214, ¹ 6, maddələr 970, 988, 1008, ¹ 7, maddə 1246, ¹ 11, maddə 1794; 2017, ¹ 7, maddə 1312, ¹ 11, maddə 1963, ¹ 12 (I kitab), maddələr 2218, 2257; 2018, ¹ 1, maddə 32, ¹ 3, maddə 386, ¹ 6, maddə 1156, ¹ 7 (I kitab), maddə 1434; 2019, ¹ 1, maddə 23, ¹ 7, maddə 1191, ¹ 8, maddə 1380, ¹ 11, maddə 1686; 2020, ¹ 5, maddə 523, ¹ 6, maddə 676, ¹ 7, maddə 832, ¹ 11, maddə 1333; 2021, ¹ 7, maddə 717, ¹ 8, maddə 894; 2022, ¹ 8, maddə 833) aşağıdakı dəyişikliklər edilsin:

1.    51.5-ci maddəyə "çərçivəsində" sözündən sonra "(Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlər istisna olmaqla)" sözləri əlavə edilsin;

2.    67.5-ci və 67.6-cı maddələrdə "5 günü" sözlərindən sonra "("Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 18.58-1-ci maddəsində nəzərdə tutulduğu halda 3 günü)" sözləri əlavə edilsin;

1.3. 69.1-ci maddənin ikinci cümləsinə "müddəti" sözündən sonra ", bu Məcəllənin 69.1-1-ci maddəsi nəzərə alınmaqla," sözləri əlavə edilsin;

4.    aşağıdakı məzmunda 69.1-1-ci maddə əlavə edilsin:

"69.1-1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlərə münasibətdə icazəsinin müddəti hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadıla bilər.".

Maddə 2. Bu Qanun 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədədir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 dekabr 2022-ci il

 

Azərbaycan. - 2022.- 29 dekabr.- S.5.