Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

 

Çələbiyev Cavid Namiq oğlu

Əsədov Fuad İsmayıl oğlu

İsmayılov Çingiz Məmməd oğlu

Məmmədzadə Nurlana Balahüseyn qızı.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2022-ci il

 

Azərbaycan.- 2022.-31 dekabr.- S.20.