Bir ildə 10 təlim, 5 layihə, 3 görüş

 

Azərbaycan Könüllülər İctimai Birliyinin gəncləri tükənməz enerjiləri, çalışqan ruhları ilə yüksək uğurlara doğru addımlayırlar

 

Bu gün dövlətin güvənc yeri, uğurlu gələcəyin təminatıçısı olan gənclərin günüdür. 25 ildir ki, hər il fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla bu gün müasir, vətənpərvər və kreativ Azərbaycan gəncliyinin iftixar gününə çevrildi.  

Son illərdə Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilirsiyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Ölkədə mövcud olan 300-dən artıq gənclər təşkilatlarında çalışan yeni nəslin nümayəndələri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, yetişməkdə olan yeniyetmələrin vətənpərvərlik ruhunun daha da artırılması, gənclərin öz hüquqlarını dərindən mənimsəməsi və digər xoşməramlı missiyaların reallaşdırılması prosesində fəal iştirak edirlər.

Belə təşkilatlardan biri də Azərbaycan Könüllülər İctimai Birliyidir (AKİB). 22 il əvvəl bir neçə universitet tələbəsinin könüllü təşəbbüsü ilə yaradılan AKİB hər il çox maraqlı və əhəmiyyətli layihələr reallaşdırır. Elə bu məqsədlə də  müsahib olduq.  

- Təşkilatın fəaliyyətinə, həyata keçirdiyi layihələrə nəzər yetirdikdə böyük və maraqlı proqramların reallaşdırıldığına şahidlik edirik. Bəs ötən il, yəni qlobal böhranla mübarizənin davam etdiyi dövrdə hansı layihələri gerçəkləşdirə bildiniz?

- Öncə onu deyim ki, bu gün Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Azərbaycan gəncliyi qürurlu illərini yaşayır. Çünki tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan dövlətinin gəncləri bu uğurları, qələbələri görürbununla fəxr edir. Bütün bunlar həm də gənclərin daha böyük həvəslə çalışmalarına böyük stimul verir. Ölkəmizdə qeydiyyatdan keçmiş 300-dən artıq gənclər təşkilatının mövcudluğu da dövlətin gənclərə göstərdiyi diqqətin bariz təcəssümüdür.

Gənclər təşkilatlarının formalaşması dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, vətəndaş cəmiyyətinin qurulmasında gənclərin iştirakını şərtləndirən əsas amillərdən biridir. Gənclər müxtəlif təşkilatlarda birləşərək öz imkan və bacarıqlarını konkret istiqamətlər üzrə səfərbər etməklə həm öz kimliyini axtarıb tapır, həm də vətəndaş cəmiyyətinin fəal iştirakçısı olurlar.

2021-ci ili, ümumilikdə, Azərbaycan Könüllülər İctimai Birliyi üçün uğurlu hesab etmək olar. Ətrafına 2000 gənci toplayan təşkilatımız ötən il ərzində 10 təlim, 5 layihə, 3 görüş, onlayn musiqi yarışması, musiqili klip çəkilişi və klip təqdimatı keçirib. 4 regionu əhatə edən layihələr çərçivəsində 4 dövlət, 4 biznes qurumları və 2 beynəlxalq təşkilatla əməkdaşlıq etmişik. Bu layihələrimizdən birbaşa faydalanan gənclərin sayı isə 500 nəfərdən artıq olub.

Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən 2018-ci ildən bəri 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunanGolden Kids Awards” müsabiqəsi təşkil edilir. Yeri gəlmişkən, bu, yeganə ən böyük uşaq mükafatlandırma mərasimidir. COVID-19 pandemiyası səbəbindən hər il olduğu kimi, 2021-ci ildə də keçirilməli olan mərasim baş tutmadı. Buna baxmayaraq, təşkilat komitəsi ilə istedadlı balaları yenə də bir araya yığaraq “Yutub” kanalı vasitəsilə onlayn konsert proqramını ərsəyə gətirdik.

- Vətən müharibəsindəki böyük Zəfərimiz münasibətilə hansısa layihə həyata keçirdinizmi?

- “Azərbaycan Könüllülər” İctimai Birliyi bu təşəbbüsdən yan keçə bilməzdi. Çünki şanlı Zəfərimiz gənclərimizdə böyük ruh yüksəkliyi yaradaraq onları daha həvəslə, ürəklə çalışmağa sövq etdi. Gənclər tərəfindən arxa cəbhədə Azərbaycan həqiqətlərinin dünyaya yayılması, informasiya müharibəsi istiqamətində təqdirəlayiq işlər görüldü.

2021-ci ilin noyabr-dekabr ayları ərzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və AKİB-in təşkilatçılığı ilə “Könüllülərin Zəfəri” layihəsini həyata keçirdik. Layihə çərçivəsində Vətən müharibəsi iştirakçılarının, hərbi ekspertlərin və Azərbaycanı xarici təşkilatlarda təmsil edən nümayəndələrin gənc könüllülərlə görüşləri təşkil edildi. Layihənin icrasının başlıca məqsədi gənclərin könüllülük hərəkatına maraqlarını daha da artırmaqdan, milli vətənpərvərlik və Vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən layihələrdə fəal iştiraklarını təmin etməkdən ibarət idi. Dekabrın 6-da “Cinema Plusda bu layihə çərçivəsində “Könüllülərin Zəfəri” klipinin təqdimatı da oldu. Təqdimat mərasimində 100-dən artıq gənc iştirak etdi. Klip 44 günlük Vətən müharibəsində iştirak edən könüllü gənclərin fəaliyyətinə və “5 Dekabr - Beynəlxalq Könüllülər Günü”nə həsr olunmuşdu. Klipdə əsas mesaj könüllü olmaq, könüllülərin iştirakı ilə tarixin qızıl hərflərlə yazıldığı anının qısa musiqili parça şəklində gənclərə aşılanması idi. Həmçinin klipdə könüllülərin vətənə və dövlətə sevgi ilə xidmətindən də bəhs edilirdi.

- Bu il olduğu kimi, ötən ildə də qlobal pandemiya səbəbindən beynəlxalq səviyyədə tədbirlərin keçirilməsi azlıq təşkil etdi. Bəs AKİB-in bu istiqamətdə hər hansısa layihəsi baş tutdumu?

- Qlobal böhran dünyanın əksər ölkələrində tədbirlərin, yarışların, layihələrin təxirə salınmasına səbəb oldu. Amma buna baxmayaraq ictimai birliyimiz bir neçə layihədə iştirak etdi.

Ötən ilin 12-18 avqust tarixlərində Gürcüstanın Kobuleti şəhərində Avropa İttifaqının maliyyə dəstəyi, “Europea Polska” təşkilatının təşkilatçılığı ilə Erasmus+ proqramı çərçivəsində “Analyze-act-attract-achieve: Sustainable Development Goals in youth work” adlı layihədə iştirak etdik. Layihənin əsas qayəsi gənclərə Davamlı İnkişaf Məqsədlərinin tətbiqində bilik və bacarıqlar vermək, sağlam həyat tərzi və rifahı təbliğ etmək üçün müxtəlif vasitələrdən istifadə etmə bacarıqlarını aşılamaq, iqlim dəyişikliyi fenomenini araşdırmaq, ətraf mühitlə bağlı daha az imkanları olan gənclərlə işləmək bacarıqlarını inkişaf etdirmək, Aİ proqramı və tərəfdaş ölkələri ilə gənclərlə sahəsində qeyri-rəsmi təhsil və əməkdaşlığı inkişaf etdirmək idi.

Yeddi günlük təlim zamanı nəzəri təqdimatlar, interaktiv seminarlar, müzakirələr, yerli gənclərlə görüş keçirildi və gənclərlə haqqında uğurlu hekayələrin paylaşılması, müxtəlif ölkələrdən gələnlərin təcrübələri, daha az imkanları olan insanları cəlb etməyin praktik üsulları bölüşüldü.

- Hazırda icra edilən layihələriniz varmı və bunlar hansı istiqaməti əhatə edir?

- Hazırda bir layihəmizin icrası davam etməkdədir. Bu, demək olar ki, ən böyük layihələrimizdən biridir. 2021-ci ilin avqust ayından başlayıb, 2022-ci ilin may ayına kimi davam edəcək layihə “Pellet məhsulları ilə Azərbaycanın orta məktəblərinin isidilməsi” ilə bağlıdır. Layihə bp və tərəfdaşlarının dəstəyi ilə icra edilir.

Bu layihədə Azərbaycanda təbii qazya digər alternativ istilik sistemləri ilə təchiz olunmamış məktəblərin pellet yanacağı vasitəsilə qızdırılması nəzərdə tutulur. Pellet yanacağı ağactaxta tullantılarının təkrar emalı nəticəsində əldə olunan ekoloji cəhətdən təmiz, “təbiət dostuolan enerji mənbəyidir.

Artıq TovuzAğstafa rayonlarında seçilmiş 5 orta məktəbin 6 korpusunda pellet yanacağı ilə işləyən isitmə sistemi quraşdırılıb və bu qış mövsümündə məktəblərin istifadəsinə verilib.

- Yəqin ki, bu il uçün planlaşdırdığınız digər layihələr də var. Sirr deyilsə, AKİB-in 2022-ci ildə həyata keçirəcəyi layihələr barədə məlumat verə bilərmisinizmi?

- Nəzərdə tutduğumuz yeni layihələr maraqlı sahələri əhatə edir. Onların əksəriyyəti maarifləndirici layihələrdir. Ümumiyyətlə, davamlı olaraq keçirdiyimiz maarifləndirici layihələrdə gənclərin ekoloji problemlər, onların aradan qaldırılması yolları və bu istiqamətdə həyata keçirilən dövlət proqramlarından xəbərsiz olduğunu müşahidə edirik. Bu amilləri nəzərə alaraqbu istiqamətdə könüllülük fəaliyyətini artırmaq məqsədilə il ərzində 200 nəfərdən çox gəncin iştirakı nəzərdə tutulan 2 ekoloji layihənin keçirilməsini planlaşdırırıq.

Fevral-may ayları ərzində insan və ətraf mühitin mühafizəsini təmin etmək üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin köməyi ilə “Gənclərin plastik tullantılara qarşı mübarizədə rolu” adlı forumekoloji təmizlik aksiyası təşkil olunacaq. Bu, 100-ə yaxın gəncin iştirakı ilə ərsəyə gətiriləcək.

Forum plastik torba ehtiyatları ilə nə edilməli olduğunu, yalnız bir dəfə istifadə olunan plastik torbalara parça, həsir, kətandan hazırlana biləcək alternativləri və turizmin ətraf mühitə təsirini müzakirə etmək üçün hökumət və maraqlı tərəflərin iştirak edəcəyi platforma yaradacaq. Burada iştirakçılar fikir mübadiləsi apara, oxşar təcrübəyə malik tərəfdaşlar öz bilgilərini paylaşa biləcəklər. Plastik torbadan istifadə qadağalarının əhəmiyyəti barədə ictimaiyyət, o cümlədən gənclər daha yaxşı maariflənəcəklər.

Digər layihəmiz isə “Gəlin çimərliklərimizi təmiz saxlayaqdevizi altında könüllülərin iştirakı ilə sahilyanı təmizlik işlərinin aparılması kampaniyasıdır. Şübhəsiz ki, tədbir zamanı pandemiya ilə bağlı sosial izolyasiya qaydalarına riayət olunacaq. Kampaniyanın məqsədi ölkədə, xüsusilə paytaxtda ekoloji problemlərin həllində dövlətə ictimai dəstək verməkdir. BMT-in “Ətraf mühit” proqramı modelinin Azərbaycan ərazisinə tətbiq etməklə qısa zaman ərzində müsbət dəyişikliklər üçün ciddi addımlar atılması və əhalinin ekoloji savadlılığının yüksəldilməsi nəzərdə tutulur.

Bundan əlavə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 20 iyun - 20 sentyabr tarixləri arasında “Yaşıl könüllülər” layihəsini icra edəcəyik. Təqdim etdiyimiz bu layihə BMT tərəfindən dayanıqlı inkişaf sahəsində müəyyən edilmiş 17 məqsəddən - 12-ci “Dayanıqlı İstehlakİstehsal” və 13-cü “İqlim dəyişikliyi” məqsədlərinə uyğundur.

Layihənin həyata keçirilməsində başlıca məqsəd gəncləri ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla onları birgə fəaliyyətə həvəsləndirmək, ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdır. Ümumilikdə, maarifləndirmədə əsas praktiki istiqamətlər ekoloji aksiyalar keçirməkdən və sosial çarxlar hazırlamaqdan ibarətdir.

Göründüyü kimi, “Azərbaycan Könüllülər” İctimai Birliyi davamlı şəkildə gənclər arasında maarifləndirici layihələr gerçəkləşdirməkdədir. Bütün bunlar, əlbəttə ki, Azərbaycanın uğurlu gələcəyinin təminatçıları olan gəncliyimizin müasir düşüncəli və sağlam ruhda inkişafı üçün atılan addımların tərkib hissəsidir.

 

Aydan XƏLİLOVA

 

Azərbaycan. - 2022.- 2 fevral.- S.11.