Erməni faşizminin Njde siması

 

 

Bu qanlı nümunəni Azərbaycan Prezidenti qlobal məkanda tam ifşa edir

 

 

 

Heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq”...

Yanvarın 30-da Prezident İlham Əliyev Gəncə şəhərində Vətən müharibəsi ərzində erməni faşistləri tərəfindən dağıdılmış ərazidə Memorial Kompleksin təməlini qoydu və AZƏRTAC-a müsahibəsində bir daha vurğuladı ki, erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur.

Danılmaz faktdır ki, erməni vandallığı tarixin heç bir mərhələsində sərhəd tanımayıb. Təəssüf ki, Azərbaycan xalqının da bu cür vəhşi bir düşmənlə qonşuluqda yaşamaq və illərlə bu faşist xislətlilərin zülmünə sinə gərmək kimi müşkül bir taleyi olub. İki əsrə yaxın böyük bir dövrdə soydaşlarımız davamlı olaraq bu mənfurların törətdikləri faciələrin qurbanına çevrilmiş, tarixi dədə-baba yurdlarından məcburən çıxarılmış, əsirə, qaçqına, köçkünə çevrilmişdi.

Dünyaya qan tökmək missiyası ilə gələn faşist ideologiyalı erməni vandallarının törətdikləri 1918-ci il mart soyqırımı, 1992-ci il 26 fevral - Xocalı soyqırımı, əsir götürdükləri soydaşlarımızın başına gətirdikləri müsibətlər heç kəsin yadından çıxmayıb.

Erməni faşistlərinin törətdikləri bu amansız hadisələrdə yalnız bir məqsəd güdülüb: Azərbaycan xalqının iradə və əzmini qıraraq, onu qorxudaraq tarixi torpaqlarını zəbt etmək.

 

 

 

Vətən müharibəsi dövründə bütün dünya növbəti dəfə yalançı erməni təbliğatına şahidlik etdi

 

 

 

Dövlət siyasəti terrora köklənmiş Ermənistan, elə 44 günlük müharibə ərəfəsində də  biabırcasına məğlub olduğunu görərək namərdliklə yenidən silahını günahsız vətəndaşlarımıza tuşladı.

 

Cəbhədə igid əsgərlərimiz tərəfindən əzici məğlubiyyətə uğradıqca hirs-hikkəsini mülki əhalidən çıxmağa çalışdı, hətta beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror törətməyə başladı.

 

Vətən müharibəsi zamanı Azərbaycan Ordusu düşmənin yalnız hərbi obyektlərini nişan aldığı halda, erməni silahlı qüvvələri həm cəbhəboyu rayon və kəndlərimizi, həm də cəbhə zonasından uzaq məsafədə yerləşən şəhərlərimizi - Gəncəni, Mingəçeviri, Naftalanı ağır artilleriyaraket atəşinə tutdular. Nəticədə içərisində azyaşlıların da olduğu mülki şəxslər yaralandı, həlak oldu, evlər və sosial obyektlər dağıdıldı.

 

Gəncə şəhəri isə İkinci Qarabağ müharibəsi dövründə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalandı. Bu namərd hücumlar nəticəsində təkcə Gəncədə 26 mülki vətəndaş erməni faşizminin qurbanı oldu. O da xüsusi qeyd olunası faktdır ki, həmin dövrdə qaniçən düşmən qədim Azərbaycan şəhərini “Toçka-U”, “SCUD” raketləri ilə atəşə tuturdu.

 

Düşmənin bu mənfurluğundan bəhs edən Prezident İlham Əliyev AZƏRTAC-a müsahibəsində dedi ki, biz bu məsələ ilə bağlı öz sözümüzü deyəndə Ermənistan tərəfi bunu inkar edirdi. Sonra da yalançı Ermənistan təbliğatı növbəti uydurma ortaya qoyaraq bəyan edirdi ki, Azərbaycan özü öz şəhərlərini atəşə tutur: “Görün nə dərəcədə alçaqlıq və vicdansızlıqdır. Necə ki, vaxtilə ermənilər deyirdilər, azərbaycanlılar özləri Xocalı soyqırımını törədiblər. Bu dəfə də ermənilər öz yalanlarının, necə deyərlər, qurbanlarına çevriliblər. Çünki ballistik raketlərin trayektoriyası böyük dövlətlər tərəfindən izlənilir və hər kəs gördü ki, erməni ordusu gecə vaxtı dinc şəhəri, müharibə zonasından uzaqlarda yerləşən şəhərin məhz yaşayış məhəlləsini məqsədyönlü şəkildə atəşə tutub”.

 

 

 

“Njdeyə Ermənistanın paytaxtında - İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır”

 

 

 

O da dəhşətli reallıqdır ki, erməni vandalları hər zaman insanlığa qarşı dəhşətli qırğınları, soyqırımıları törətməkdən böyük zövq alıblar, bununla fəxr ediblər. Təsadüfi deyil ki, erməni faşist Qaregin Njdeyə Ermənistanın paytaxtı İrəvanda abidə qoyulub, adı küçələrə verilib... Həmçinin ermənilər bu qaniçən faşist haqqında filmlər çəkərək digər ölkələrdə yayımlamağa çalışırlar, amma artıq onların riyakarlığına, həyasızlığına dünya da göz yummurbu cür iyrənc əməlləri yerindəcə boğulur, onların qarşısı alınır. Necə ki, bu günlərdə Rusiyada faşist Njde haqqında filmin yayımı dayandırıldı...

 

“Cəllad Njde ilə bağlı mən MDB Zirvə görüşünün birində öz çıxışımda məsələni qaldırdım. Dedim ki, Njdeyə Ermənistanın paytaxtında - İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır”, - söyləyən İlham Əliyev əlavə etdi ki, buna son qoyulmalıdır: “Bu adam faşist olub. Bu adam cəllad olub. Bu adam günahsız azərbaycanlıların və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib. Bu Njde faşistdirbunu hər kəs bilməlidir. Ancaq Ermənistanda onun qəhrəmanlaşdırılması gedir”.

 

 

 

Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın”

 

 

 

Faktlar onu göstərir ki, erməni faşizmi hələ də yaşayır və imkan tapdıqca baş qaldırmağa çalışır. Düzdür, İkinci Qarabağ müharibəsində Azərbaycan öz “dəmir yumruğu” ilə erməni faşizmini məğlub edib, amma getdikcə onlar bu murdar xislətlərini yenidən büruzə vermək istəyirlər...

 

Lakin nə edirlər etsinlər, erməni faşizmi də məhvə məhkumdur və Azərbaycan Prezidentinin qətiyyətlə vurğuladığı kimi, biz heç vaxt imkan verə bilmərik ki, bölgəmizdə erməni faşizmi baş qaldırsın: “Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir”.

 

 

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2022.- 3 fevral.- S.1;9.