“Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolumövzusunda konfrans

 

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və BMT-nin Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bakıda “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolumövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin moderatoru, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev postmünaqişə dövründə bərpa işlərində qadınların rolu və BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsi barədə danışıb. Bildirib ki, regionda yaranmış yeni vəziyyətlə əlaqədar bərpa və sülh prosesinə qadınların daha çox cəlb edilməsinə ehtiyac var.

Konfransda çıxış edən Birinci vitse-prezidentin köməkçisi, səfir Elçin Əmirbəyov deyib ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində öz yurdlarından zorla qovulmuş qaçqın və məcburi köçkünlərin 50 faizini qadınlar təşkil edir. Qadınlar sülh və etimadın qurulması tədbirlərinə töhfələrini verə bilərlər və Azərbaycan hökuməti buna şərait yaratmağa hazırdır. Elçin Əmirbəyov əlavə edib ki, hazırda regionda sülh, sabitlikinkişafa yol açan yeni geosiyasi reallıq formalaşıb. Azərbaycan inanır ki, Ermənistanla dinc birgəyaşayışın alternativi yoxdur.

BMT-nin Azərbaycandakı rezident - əlaqələndiricisi Vladanka Andreyeva BMT-nin Təhlükəsizlik Şurasının 22 ildir qətnamə qəbul etməsinə baxmayaraq, qadınlarla bağlı qlobal səviyyədə ciddi irəliləyişin olmadığını deyib. O, qeyd edib ki, qadınlar nəinki danışıqlar masası arxasında əyləşməli, həm də bərpa işlərində fəal iştirak etməlidirlər. BMT bu sahədə Azərbaycan hökumətinin davamlı səylərini dəstəkləyəcək. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova diqqətə çatdırıb ki, mövcud vəziyyətdə yeni standartlara uyğun addımların atılması, qadınların biznes layihələrində fəal iştirakı vacibdir. Onun sözlərinə görə, Azərbaycan hökuməti bu məsələləri nəzərə alaraq, 2022-2026-cı il üçün müvafiq Milli Fəaliyyət Planı hazırlayır və komitə BMT-nin müvafiq strukturlarının tövsiyələrini nəzərə alaraq layihə üzərində işləyir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qadın sahibkarların azad olunmuş ərazilərlə bağlı layihələr təqdim etməsi barədə məlumat verib.

Daha sonra iki panel müzakirəsi keçirilib.

Qadınların iştirakımövzusunda birinci paneldə Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, ombudsman Aparatının informasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova, “Qadınlar, sülh təhlükəsizlikgündəliyi onun mərhələləri, eləcə Azərbaycanda bu sahədəki vəziyyət, normativ-hüquqi çərçivə onun icra üsulları barədə məlumat veriblər. Müzakirə zamanı mütəxəssislər BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsi onun dörd fəsli - iştirak, qabaqlayıcı tədbirlər, qorunma, yardım bərpa barədə danışaraq qeyd olunan sahələrdə cari vəziyyəti təqdim ediblər.

Yardım bərpa - yenidənqurmamövzusunda ikinci panel müzakirələri zamanı Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp ölkəsinin təcrübəsini bölüşüb, deputat Vüqar Bayramov Kiçik Orta Biznesin İnkişafı Agentliyi, Regional layihələrlə monitorinq şöbəsinin müdiri Eldəniz Əmirov azad olunmuş ərazilərdəağıllı kənd”lərin ağıllı şəhər”lərin qurulması zamanı qadınların təhlükəsizliyi, hərəkət iqtisadi imkanları barədə danışıb, “ağıllı şəhər”lərin tikintisi prosesində qadınların rolunu müzakirə ediblər.

Panel müzakirələri BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərovanın moderatorluğu ilə aparılıb.

 

 

Azərbaycan.-2022.- 1 fevral.- S.6.