Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2007-ci il 26 fevral tarixli  532 nömrəli və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 4, maddə 323, ¹ 12, maddə 1034; 2007, ¹ 11, maddə 1105, ¹ 12, maddə 1246; 2009, ¹ 7, maddə 533, ¹ 8, maddə 627, ¹ 10, maddə 773, ¹ 12, maddələr 983, 988; 2010, ¹ 2, maddə 83, ¹ 4, maddə 292, ¹ 11, maddə 966; 2011, ¹ 1, maddə 18, ¹ 2, maddə 85, ¹ 4, maddə 281, ¹ 6, maddə 497, ¹ 10, maddə 894, ¹ 11, maddə 993; 2012, ¹ 10, maddə 950; 2014, ¹ 6, maddə 627, ¹ 7, maddə 820, ¹ 9, maddə 1029; 2016, ¹ 1, maddə 77; 2017, ¹ 2, maddə 184, ¹ 10, maddə 1784; 2018, ¹ 6, maddə 1205, ¹ 7 (I kitab), maddə 1480; 2019, ¹ 3, maddə 431, ¹ 5, maddə 860, ¹ 6, maddə 1044, ¹ 12, maddə 1927; 2020, ¹ 7, maddə 882; 2021, ¹ 5, maddə 439)

 

9.9-cu bəndinə “qeydiyyatının” sözündən sonra “, o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq  elektron qaydada” sözləri əlavə edilsin.

 

2.    Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007,   ¹ 2, maddə 98; 2009, ¹ 2, maddə 59; 2010, ¹ 11, maddə 968; 2012, ¹ 11, maddə 1107; 2013, ¹ 10, maddə 1153; 2014, ¹ 9, maddə 1058; 2015, ¹ 6, maddə 701; 2016, ¹ 2 (II kitab), maddə 272; 2018, ¹ 5, maddə 925, ¹ 8, maddə 1687) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin 14.13-cü bəndinə “qeydiyyatını” sözündən sonra

 

“(o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq  elektron qaydada)” sözləri əlavə edilsin.

 

3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 6, maddə 542; 2013, ¹ 1, maddə 29, ¹ 2, maddə 117, ¹ 3, maddə 246, ¹ 8, maddə 909,   ¹ 10, maddə 1155, ¹ 12, maddə 1514; 2014, ¹ 5, maddələr 477, 487, ¹ 9, maddə 1027, ¹ 12, maddə 1577; 2015, ¹ 3, maddə 271, ¹ 9, maddə 1005, ¹ 11, maddə 1322, ¹ 12, maddə 1448; 2016, ¹ 2 (II kitab), maddə 273, ¹ 5, maddələr 859, 864, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1464, ¹ 10, maddə 1647, ¹ 11, maddə 1835; 2017, ¹ 3, maddə 353, ¹ 4, maddə 545, ¹ 5, maddə 807, ¹ 8, maddə 1521, ¹ 10, maddə 1797; 2018, ¹ 2, maddələr 191, 215, ¹ 3, maddə 427, ¹ 4, maddə 659, ¹ 7 (I kitab), maddə 1462, ¹ 10, maddə 2017, ¹ 12 (I kitab), maddələr 2538, 2596; 2019, ¹ 3, maddə 406, ¹ 4, maddə 655, ¹ 5, maddələr 820, 826, 848, 852, 857, ¹ 6, maddə 1037, ¹ 12, maddə 1936; 2020, ¹ 1, maddə 7, ¹ 8, maddə 1039; 2020, ¹ 10, maddə 1247; 2021, ¹ 1, maddələr 16, 36, ¹ 6 (I kitab), maddə 567, ¹ 11, maddə 1211; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 dekabr tarixli 1502 nömrəli Fərmanı) ilə təsdiq edilmişYerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 5.2-ci bəndinə “qeydiyyatını” sözündən sonra

 

“(o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq elektron qaydada)” sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 yanvar 2022-ci il

Azərbaycan.-2022.- 1 fevral.- S.8.