Dünya postpandemiya dövrünə qədəm qoyur

 

 

Bu da ölkəmizə daha çox xarici investisiyanın yatırılmasına imkan verir

 

 

 

Dünya alimlərinin böyük əksəriyyətinin fikrincə, koronavirus pandemiyası cari ildə tarixə qovuşacaqbu səbəbdən də bütün ölkələr postpandemiya dövrünə qədəm qoyur. Nüfuzlu beynəlxalq maliyyə qurumlarının və bankların mütəxəssislərinin hesablamalarına görə, bu il dünya iqtisadiyyatı böhrandan çıxıb inkişafa doğru ilk addımlarını atacaq.

İndi qlobal iqtisadiyyatda yaranan geriliyin aradan qaldırılması investisiya qoyuluşundan çox asılıdır. İqtisadiyyatın dinamik inkişafı onun fasiləsiz kapitallaşması ilə sıx bağlıdır. Bu il dünyada ölkələr arasında investisiyaya cəlb edilmə ilə bağlı ciddi rəqabət olacağı gözlənilir. Azərbaycan ötən illərdə olduğu kimi, xarici sərmayənin cəlb edilməsinin önündə gedən ölkələrdən olacaq. Bu əminliyin əsas səbəbi ölkəmizdəki münbit investisiya mühitinin formalaşmasıdır. Azərbaycanda yabançı sərmayənin qorunması üçün mükəmməl qanunvericilik bazası mövcuddur. Bu üzdən illərdir ki, Azərbaycana 10 milyardlarla dollar xarici sərmayə yatırılıb.

Məlumdur ki, sərmayə qoyuluşu həssas və riskli bir məsələdir. Buna görə də sərmayədarlar yatırımı riskə atmamaq üçün hər şeyi min ölçüb, bir biçirlər. MDB və bəzi Şərqi Avropa dövlətlərinə nisbətən Azərbaycana daha çox sərmayə yatırılması da dövlətimizə olan inam və qanunvericiliklə yabançı sərmayələrin qorunmasıdır.

Mövcud münbit investisiya mühiti hələ pandemiyanın başa çatmadığı cari ildə də kapital qoyuluşuna tam mane ola bilmir. Bu il yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən 300 milyon dollara yaxın dəyərində “Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının tikintisinə başlanması buna bariz misaldır. Onu da vurğulayaq ki, tikiləcək stansiya dünyanın bu sahədə ən iri şirkətlərindən biri olan “ACWA Powerin ölkə xaricində ən çox sərmayə qoyduğu layihədir.

Prezident İlham Əliyev “Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının təməlqoyma mərasimində Azərbaycanın dünyada etibarlı tərəfdaş ölkə kimi tanındığını bildirərək demişdir: “Azərbaycanda xarici investisiyaların qorunması da ən yüksək səviyyədədir.  Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir. Bu möhtəşəm Gülüstan sarayında 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” artıq uzun illərdir ki, icra edilir və müqavilədə bir söz, hətta bir vergül belə dəyişməyib. Bütün digər müqavilələrə, böyük xarici şirkətlərlə imzalanmış müqavilələrə bizim münasibətimiz buna bənzərdir. Ona görə Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub. Bu sərmayə qoyuluşu davam edir. Xüsusilə dünyada hökm sürən maliyyə böhranı, eyni zamanda pandemiya ilə bağlı iqtisadi fəallığın təbii olaraq azalması - bütün bunlar mənfi amillərdir. Amma buna baxmayaraq, qardaş ölkənin şirkəti Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verib, bu qərarı qəbul edibbu gün biz Xızı rayonunda inşa ediləcək 240 meqavat gücündə külək elektrik stansiyasının təməlini qoyuruq”.

 

Ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə təkcə hərbi-siyasi baxımdan deyil, həm də iqtisadi baxımdan yeni reallıqlar yaratdı. Nə sülh, nə müharibə şəraitində  olan ölkəmizə 10 milyardlarla dollar sərmayə yatırılıb. İndi müharibə qələbəmizlə başa çatdıqdan sonra sərmayə qoymaq istəyən ölkə və şirkətlərin sayı durmadan artacaq. Məsələn, işğaldan azad edilən ərazilərə kapital yatırmaq üçün 900-dən çox şirkət burada görmək barədə müraciət etmişdir. Onlardan 300-dən çoxu xarici şirkətlərdir. Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Voltqang Maniglə Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Bauman Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə görüşərək ölkəmizin işğaldan azad olunmuş ərazilərində ölkələrindəki şirkətlərin görmək istədiklərini bildirmişlər.

 

Ukrayna şirkətləri işğaldan azad olunan ərazilərdə çalışmaq üçün İqtisadiyyat Nazirliyinə, həmçinin Azərbaycan KiçikOrta Biznesin İnkişafı Agentliyinə

 

(KOBİA) müraciət etmişlər. Bu ölkənin adamları işğaldan azad edilən ərazilərdə kənd təsərrüfatı, körpü tikintisi, infrastruktrur, energetikameliorasiya sahələrində kapital qoyuluşunu həyata keçirmək istəyindədirlər.

 

Məlumdur ki, pandemiya dünyada iqtisadi fəallığın azalmasına səbəb olub. Bu, iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kapital qoyuluşunda da özünü göstərir. Həmin səbəbdən ötən il ölkə iqtisadiyyatına sərmayə qoyuluşu, xüsusilə xarici investisiyanın yatırılması bir qədər azalsa da, bu davam etmişdir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2021-ci ildə ölkənin iqtisadisosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 16 milyard 127 milyon manat vəsait yönəldilmişdir. Ümumi sərmayənin 10 milyard 536,7 milyon manatı məhsul istehsalı sahələrinin, 4 milyard 560,8 milyon manatı xidmət sahələrinin, 1 milyard 029,5 milyon manatı isə yaşayış evlərinin tikintisinin payına düşmüşdür.

 

Hesabat dövründə ümumi sərmayənin 46,6 faizi dövlət, 53,4 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur. İstifadə olunan sərmayə qoyuluşunun 68,3 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir.

 

Ölkə iqtisadiyyatına kapital qoyuluşunda daxili sərmayələr üstünlük təşkil edir. İndiki pandemiya şəraitində xarici sərmayə qoyuluşu dünyada azaldığı bir vaxtda daxili sərmayənin çəkisinin artması müsbət haldır. Belə ki, ötən il ərzində iqtisadiyyatın kapitallaşması davam etmişdir. Bu da ölkə iqtisadiyyatının ayaqüstə qalmasında önəmli rol oynamışdır.

 

Dünyada pandemiya üzündən baş verən iqtisadi durğunluğa baxmayaraq, xarici sərmayə qoyuluşu davam etmişdir. Hesabat dövründə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 milyard 332,7 milyon manat vəsait yönəldilmişdir. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 970,3 milyon manatı Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Nargin adaları, Malayziya, Fransa, Rusiyaİran sərmayədarlarına məxsus olmuşdur.

 

Qeyd edildiyi kimi, cari ildə pandemiyanın səngiməsi gözlənilir. Bu da dünyada yenidən iqtisadi fəallığın artmasına səbəb olacaq. Buna görə də cari ildə ölkəmizə daha çox sərmayə qoyuluşu gözlənilir. O da məlumdur ki, işğaldan azad edilən ərazilərə 300-dən çox xarici şirkət sərmayə qoymaq istəyindədir.

 

 

Rüstəm KAMAL,

Azərbaycan.-2022.- 1 fevral.- S.11.