Şuşa - qalibiyyətin rəmzi

 

 

 

Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra Şuşa bizim üçün qalibiyyətin rəmzidir. Azərbaycan xalqı 2022-ci ilə də qələbə ovqatı ilə başladı. Prezident bu iliŞuşa ilielan etməklə bütün dünya azərbaycanlılarına uğurlu bir müjdə verdi. Əgər bu gözəl məkanın azadlığı haqq savaşımızdakı Qələbənin xoş sorağı idisə, “Şuşa ili” də azad yurdlarımızda başlanmış bərpa-quruculuq tədbirlərinin təntənəsidir.

 

 

 

Qarabağın intibahı

 

 

Qarabağın tacı olan Şuşa həm də azad torpaqlarımızın dirçəlişinin simvoluna çevrildi. 270 il əvvəl Pənahəli xan tərəfindən Şuşanın təməli qoyuldubura qədim mədəniyyət mərkəzi kimi Azərbaycanın və bütün Cənubi Qafqazın həyatında çox mühüm rol oynadı. Bu illərdə şəhər çox böyük inkişaf yolu keçdi.

Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu cənnət məkan yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmiictimai fikir salnaməmizə əlamətdar səhifələr yazdı. Şuşa Üzeyir bəy Hacıbəyli, M.Nəvvab, Əhməd bəy Ağaoğlu, Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Xan Şuşinski, Bülbül kimi böyük şəxsiyyətləri yetirib formalaşdırdı. Bu ilinŞuşa ili” adlandırılması həm də görkəmli şəxsiyyətlərimizin irsinə verilən böyük dəyərdir.

Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin quruculuğuna dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Elm, təhsil, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. “Şuşa ili” həm də Heydər Əliyevin milli dövlətçilik kursuna sədaqətinin ifadəsidir.

Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulmasına başlanıldı. Tarix və mədəniyyət abidələrinin bərpası yönündə işlər görüldübu proses davam etdirilməkdədir.

Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdi. Bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr reallaşdırılır. Qısa müddətdə Şuşanın baş planı hazırlandı. Böyük şairimiz Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi öz ilkin görkəmində bərpa edildi. Bülbülün ev-muzeyininÜzeyir bəy Hacıbəylinin heykəlinin açılışları oldu. Buradakı tarixi, dini və memarlıq incilərinin bərpası prosesi sürətlə davam etdirilir. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası Şuşanın işğaldan bir neçə il əvvəlki  xoş, firavan günlərinin qayıdışı deməkdir. Yaddaşımızda bir çox milli dəyərlərimizi rəmzləşdirən Şuşa həm də milli birliyimizin, həmrəyliyimizin, azərbaycanlı olmaq qürurumuzun, Vətənə sevgimizin nümunəsi kimi əbədiləşdi. Azərbaycanın hər yerindən, dünyanın azərbaycanlılar yaşayan bütün məkanlarından ülviyyət şəhərinə doğru hamar, cənnətə aparan yollar başlanır.

Bütün bunlar sonsuz sevinc, fərəh hissi doğurur. 2020-ci ilin mayında Prezident İlham Əliyevin Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi bu gözəl diyarın mədəni tarixi mirasına diqqət qayğının parlaq təcəssümü oldu. Ötən il dövlət rəhbərimizin Şuşaya yeddi dəfə səfər etməsi cənab İlham Əliyevin burada görülən işlərə diqqətindən irəli gəlir. Ölkə rəhbərinin Şuşaya hər gəlişi böyük layihələrin icrası, açılışlar, təməlqoyma mərasimləri, tunellərin, avtomobil dəmir yollarının, elektrik yarımstansiyalarının istifadəsi ilə yekunlaşır.

2021-ci il noyabrın 7-də Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfər edərkənZəfər yolu”nun açılışında iştirak ediblər, Daşaltı məscidinin, Şuşa Radio-Televiziya Yayım Stansiyasının, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməlini qoyublar. Aşağı Gövhər ağa məscidində, Mehmandarovların malikanə kompleksində aparılan işlərlə tanış olublar. İyunun 15-də Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyənnaməsi imzalanıb. Azərbaycanın tanınmış şəxsiyyətləri - xan qızı Natəvanın, Bülbülün Üzeyir bəy Hacıbəylinin heykəlləri ziyarət edilib, Azərbaycan Türkiyə prezidentləri ŞuşadaXan qızıbulağında olublar. möhtəşəm bir tədbir -  Heydər Əliyev Fondunun təşkilatçılığı iləMusiqi irsi Qarabağ atları Cıdır düzündəadlı kompozisiya təqdim edilib. May ayındaXarıbülbülmüsiqi festivalı keçirilib. Şüşayarımstansiyasının açılışı olub. May ayındaXarıbülbül”, avqustdaQarabağhotelləri istifadəyə verilib. Bundan başqa, yeni məscidin, 1 saylı ümumtəhsil məktəbinin təməli qoyulub, xan qızı Natəvanın sarayına baxış keçirilib.

Qarabağın intibahı tarixin əvvəlki dövrlərində olduğu kimi, yenə Şuşadan başlanır. Şuşa şəhəri müasir dövrümüzdə olduğu kimi, əsrlər əvvəl Azərbaycanın dövlətçilik tarixində, xalqımızın azadlıq mübarizəsində mühüm rol oynayıb. Şuşa ilibu tarixə nəzər salmaq, öyrənmək, onu dünyaya tanıtmaq üçün gözəl bir imkan olacaq.

 

 

 

Sənət inciləri

 

 

Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ötən il avqustun 30-da Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilənQarabağ Azərbaycan mədəniyyətinin incisidirYenidən doğma diyarda. Qarabağın sənət incilərisərgiləri ilə tanış olublar. Məlumdur ki, Qarabağ Azərbaycan incəsənətinin mədəniyyətinin mərkəzi kimi qədim tarixə malikdir. İşğal dövründə talan edilən muzeylərdə Azərbaycana məxsus qiymətli tarix mədəniyyət nümunələri, dünyada məşhur Azərbaycan xalçaları Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, həmçinin digər dəyərli eksponatlar olub. Məhv edilən həmin xəzinələr təkcə Azərbaycanın deyil, həm bütün dünya mədəniyyətinin nümunələri idi.

Bu sərgilərdə nümayiş olunan rəsm heykəltaraşlıq nümunələri ziyarətçiləri sevincli kədərli, real fantastik, açıq gizli, rəngarəng monoxrom dünyaya səyahətə aparır. Sərgidə nümayiş etdirilən əsərlərdə əsas mövzu Qarabağdır. Azərbaycanın tarixi diyarı olan Qarabağ uzun illər ərzində özünəməxsus mühiti ilə fərqli nəsillərdən cərəyanlardan olan rəssamların heykəltaraşların dünyagörüşünə böyük təsir edib.

Şuşada açılan sərgidə Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Nadir Abdurrəhmanov, Mikayıl Abdullayev, Ucal Haqverdiyev, Müseyib Əmirov Azərbaycanın digər görkəmli rəssamlarının əsərləri yer alıb. Burada Qarabağın mənzərələri, ədibləri, xalçası, atı, muğamı, Vətən müharibəsində qələbə mövzuları geniş əksini tapıb. Altmışdan çox əsərin nümayiş olunduğu sərgidə Xalq rəssamı Altay HacıyevinMəclisi-üns”, Xalq rəssamı Səttar BəhlulzadəninYuxarı Daşaltı”, Əməkdar rəssam İnna KostinanınQarabağın zənginliyi”, Leyla ƏliyevanınXarıbülbüləsərləri, Faiq HacıyevinQarabağ atı”, Orxan NəbizadəninQarabağ gözəlikimi heykəltəraşlıq nümunələri digər əsərlər nümayiş olunub.

Şuşadakı Xalçaçılıq QalereyasındaYenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisi də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Xalça Muzeyinin təqdim etdiyi baxışda xovluxovsuz xalçalar, xalça məmulatları, milli tikmə və geyim dəstləri, bədii metal nümunələri nümayiş olunur. Sərgidə həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına daxil olan xalça nümunələri də yer alıb.

Yenidən öz doğma diyarında nümayiş etdirilən bu eksponatların əksəriyyəti Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialından Bakıya gətirilib. Sərgidə əsrlər boyu çox yüksək dəyərləndirilən, xarici muzey və şəxsi kolleksiyaların nadir inciləri sırasına daxil olan Qarabağ xalçalarının müxtəlif bölgələrə aid nümunələrini görmək mümkündür. Buraya maldarlıqla məşğul olan əhalinin həyat tərzini əks etdirən damğa naxışlı, həm də şəhər mədəniyyətini özündə ehtiva edən, peşəkar emalatxanalarda toxunan nəbati naxışlı və süjetli xalçalar - “Vərni”, “Zili”, “Çələbi”, “Ləmpə”, “Malıbəyli”, “Qasımuşağı”, “Əyan məclisi” və digərləri aiddir. İri ölçüsü, mükəmməl kompozisiya quruluşu və əlvan koloriti ilə “Ləmpə” dəst xalı-gəbəsi xüsusi maraq doğuran eksponatlardandır. Beləliklə, “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisi qədim torpağın ruhunu, əsrlərlə burada yaşayıb-yaradan insanların həyat və məişətini, estetik zövqünü, sənətkarların bədii dünyagörüşünü duymağa, həmin tarixi dövrlərə səyahət etməyə imkan yaradır.

Heydər Əliyev Fondu tərəfindən Vaqif Poeziya Günləri çərçivəsində ŞuşadaYaddaş. Fotoqrafik tarix” sərgisi də təşkil edilib. Fotosərgi Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, gözəl təbiətini, ənənələrini təcəssüm etdirirdi. Ziyarətçilərə həmçinin işğaldan azad olunmuş rayon və şəhərlərdə ermənilərin törətdiyi vəhşiliklərə, dağıntılara dair fotolar da təqdim edilir.

Bu gün xalqımız öz adını, tarixdəki yerini, ucalığını hansısa sözlərlə deyil, real əməlləri ilə ifadə edir. Həyatın mənasını qurub-yaratmaqda, dünyanı gözəlləşdirməkdə, insanlığa fayda verməkdə görür.

 

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2022.- 4 fevral.- S.6.