İlham Əliyevin enerji siyasətinin təntənəsi

 

 

“Cənub qaz dəhlizi” Azərbaycanın qlobal müstəvidəki mövqelərini daha da möhkəmləndirib

 

 

 

2020-ci ilin sonunda Azərbaycanın müasir tarixinin növbəti əlamətdar hadisələrindən biri baş verdi: Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan təbii qaz həmin il dekabrın 31-də Avropaya çatdırıldı. Bu, Vətən müharibəsindəki şanlı Zəfərdən sonra xalqımızı və dövlətçiliyimizi şərəfləndirən növbəti tarixi uğur idi.

 

 

 

Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edən nəhəng infrastruktur

 

 

 

 Uzun müddətdir ki, enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünyada ən aktual müzakirə mövzusuna çevrilib. Hətta enerji təhlükəsizliyi milli təhlükəsizliyin əsas tərkib hissələrindən biri kimi nəzərdən keçirilir. Elə buna görədir ki, son onilliklərdə iqtisadisiyasi məzmunlu beynəlxalq konfransların gündəliyinin başlıca müzakirə predmetlərindən biri enerji təhlükəsizliyi ilə bağlı olur. Xüsusən Avropa dövlətləri öz enerji təhlükəsizliklərinin daha yüksək səviyyədə təmin olunmasına, bu məqsədlə alternativ mənbələrdən enerji dəhlizlərinin yaradılmasına ehtiyac duyurlar.

 

Düzdür, son dövrlərdə bu məqsədlə müxtəlif təşəbbüslər ortaya atılıb. Lakin onların hamısı siyasiiqtisadi iradənin olmaması səbəbindən kağız üzərində qalıb. Artıq tam gücü ilə istifadəyə düşən “Cənub qaz dəhlizi” isə məhz Azərbaycanın təşəbbüsü, Azərbaycan Prezidentinin siyasi iradəsi və qətiyyəti nəticəsində reallığa çevrilən və Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edən mühümböyük enerji infrastrukturudur.

 

“Cənub qaz dəhlizi”nin həyata vəsiqə alması bir çox mərhələlərdən keçib. Bəlkə də bəzilərinə illər öncə bu layihənin reallaşması qeyri-mümkün görünürdü. Lakin İlham Əliyevin müdrikliyisiyasi iradəsi, layihə iştirakçıları arasında düzgün koordinasiyanın təşkili, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq, Avropa İttifaqının siyasi dəstəyinin təmin olunması bu layihənin hər bir mərhələsinin uğurla tamamlanmasını təmin etdi.

 

Tarixə nəzər salaq: 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən birgə bəyanat imzalandı. 2012-ci il iyunun 27-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan TANAP-la bağlı müqavilə imzaladılar. 2014-cü il sentyabrın 20-də “Cənub qaz dəhlizi”nin təməli qoyuldu. 29 may 2018-ci il tarixdə Bakıda “Cənub qaz dəhlizi”nin, 12 iyun tarixdə isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı oldu. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının TANAP vasitəsilə Türkiyəyə göndərilməsinə başlanıldı. 30 noyabr  2019-cu ildə  TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi. 31 dekabr 2020-ci ildə isə Azərbaycanın təbii qazının Avropa bazarına tədarükünə başlanıldı.

 

Fevralın 4-də Bakıda keçirilən “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Prezident İlham Əliyev layihənin tamamlanması ilə bağlı bildirib: “Milli səviyyədə koordinasiya bizə bu nəhəng layihəni - XXI əsrin ən böyük layihələrindən biri olan “Cənub qaz dəhlizi”ni icra etməyə kömək etdi. Onun dəyəri 33 milyard ABŞ dollarıdır. Eyni zamanda, əlbəttə ki, biz enerji şirkətlərinin, tikinti şirkətlərinin, investorların fəal iştirakı olmadan uğur qazana bilməzdik. Bu gün onlar buradadırlar. Əlbəttə, onların, eləcə də beynəlxalq maliyyə institutlarının töhfəsi çox dəyərli idi. “Cənub qaz dəhlizi” layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastrukturİnvestisiya Bankı. Beləliklə, aparıcı beynəlxalq maliyyə institutları bu layihənin icrası üçün kredit və maliyyə vəsaiti ayırdı. İndi biz bütün nöqteyi-nəzərdən mürəkkəb olan bu layihənın yüksək səmərəliliklə tamamlanmasına görə həqiqətən də fərəhlənə bilərik”.

 

“Cənub qaz dəhlizi”nin başa çatdırılması Prezident İlham Əliyevin enerji siyasətinin təntənəsidir. Bu nəhəng enerji infastrukturu Azərbaycanın qlobal müstəvidəki mövqelərini daha da möhkəmləndirib.

 

 

 

Avropa İttifaqının energetika məsələləri üzrə komissarı: “Cənub qaz dəhlizi” davamlı uğur hekayəsidir”

 

 

 

“Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı bir daha təsdiqlədi ki, Azərbaycanın təşəbbüsləri ilə ərsəyə gələn bu enerji dəhlizi onun bütün iştirakçıları tərəfindən yüksək dəyərləndirilir. Avropa İttifaqının komissarlarının, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, BosniyaHerseqovina, Ukrayna və Türkmənistanın yüksəksəviyyəli nümayəndələrinin  toplantıda iştirak etmək üçün Bakıya gəlmələri bunu təsdiq etdi. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson “Cənub qaz dəhlizi”nin əhəmiyyətini qeyd edərək dedi: “Hamımız bu layihə zamanı dəf etdiyimiz çətinlikləri və maneələri yaxşı xatırlayırıq. Lakin bu gün hətta ən skeptik yanaşan insanlar onun baş tutmasına görə minnətdarlıq bildirir. Etibarlı, rəqabətcil və qəbul edilən qiyməti olan qaz Cənub-Şərqi Avropaya yol tapmaqdadır. Evlər qazla təchiz olunur, binalar isidilir və vətəndaşlar ehtiyac duyduğu enerjini alırlar. Artan enerji qiymətləri və sərt qaz təchizatı ilə dəhlizin rolu Avropa İttifaqı üçün heç vaxt görünməyən strateji əhəmiyyət kəsb edir. Fikrimizcə, “Cənub qaz dəhlizi” davamlı uğur hekayəsidir”.

 

Bir ildən də çoxdur ki, Azərbaycanın Xəzərdən hasil etdiyi təbii qaz Avropa bazarlarına çıxarılır. Bu səbəbdən “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı artıq fərqli məzmunda keçirilir. Belə ki, hər il Bakıda toplaşarkən məşvərət şurasının iştirakçıları əsasən görülən işləri nəzərdən keçirir və “Cənub qaz dəhlizi” layihəsinin tamamlanması istiqamətində gələcək vəzifələri müzakirə edirdilər. Lakin məşvərət şurası çərçivəsində nazirlərin VIII toplantısında “Cənub qaz dəhlizi”nin yeni bazarlara, o cümlədən Balkan ölkələrinə, cənub-şərq ölkələrinə yönəlməsi, o cümlədən bərpaolunan enerjiyə keçidlə bağlı məsələlər müzakirə olundu.

 

2021-ci il və həmçinin bu ilin yanvar ayı ərzində ümumilikdə “Cənub qaz dəhlizi” vasitəsilə Gürcüstan, Türkiyə və Avropa istehlakçılarına 18,5 milyard kubmetrdən çox, Avropa ölkələri isə 8,9 milyard kubmetr Azərbaycan təbii qazı ilə təchiz olunub. Bu, onu göstərir ki, “Cənub qaz dəhlizi” Avropa ölkələrinin enerji təchizatında xüsusilə böyük əhəmiyyət kəsb edir. Bu amil isə dəhlizin Avropanın digər dövlətlərinə qədər genişləndirilməsini aktual edir.

 

“Cənub qaz dəhlizi”nin Cənub-Şərqi Avropa ölkələrinə gözəl töhfə olduğunu deyən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson məşvərət şurası çərçivəsində təşkil olunan mətbuat konfransında bununla bağlı deyib ki, yaxın gələcəkdə bu boru kəmərinin imkanlarını genişləndirmək düşünülür, xüsusilə, Qərbi Balkan istiqamətində genişləndirməklə bağlı müzakirələr aparılır.

 

Qlobal enerji müzakirələrinin əsas mövzularından birienerji keçididir. Enerji keçidi ən müasir texnologiyalar tətbiq edilməklə “yaşıl enerjini özündə ehtiva edir. Bu gün dünya ölkələrinin qarşıya qoyduqları iqlim hədəflərindən biri “yaşıl enerjikeçidini sürətləndirməkdədir. Azərbaycanda isə bərpaolunan enerji üçün əlverişli münbit mənbələr var. Təsadüfi deyil ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasında bu ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi əsas vəzifələrdən biridir. Prezident İlham Əliyev “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurda külək enerjisi potensialı təxminən 7200 meqavat, günəş enerjisi potensialı isə 2000 meqavatdan çoxdur. Ötən ay isə respublikamızda ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin - 240 meqavat gücündə külək-elektrik stansiyasının təməli qoyulub.

 

Bütövlükdə, son illərdə respublikamızda elektrik enerjisi infrastrukturuna böyük həcmdə sərmayələr yatırılıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan həm də enerji keçidi ilə bağlı qlobal çağırışların uğurla reallaşdığı  ölkələrdəndir.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2022.- 6 fevral.- S.1;3.