Almaniyada dərc olunan qəzetdə Azərbaycanda yəhudi icması ilə bağlı məqalə yayımlanıb

 

 

Jüdische Rundschau” qəzetinin fevral buraxılışında “Azərbaycanda holokostun anılması və yəhudi həyatı” başlıqlı məqalə dərc olunub.  AZƏRTAC xəbər verir ki, məqalənin müəllifli Urs Unkaufdır.

Məqalədə bildirilir ki, Azərbaycan İsraillə dostluq münasibətləri saxlayır və ölkədə yəhudi mədəniyyətinin inkişafına xüsusi diqqət yetirilir. Vurğulanır ki, Azərbaycan Holokost Qurbanlarının Beynəlxalq Anım Gününü qeyd edən azsaylı müsəlman ölkələrindəndir. Belə ki, 2022-ci il yanvarın 27-də bu əlamətdar gün Azərbaycanda qeyd olunub. Məqalədə bu addımın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin dekabr ayında Nyu York şəhərindən olan ravvin, ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayer ilə keçirilmiş görüşdə elan olunduğu diqqətə çatdırılır. Prezident İlham Əliyevin görüşdə, həmçinin paytaxt Bakıda yerləşən və şagirdlərinin sayı getdikcə artanChabad Ohr Avner” yəhudi məktəbinin inkişafına dövlət dəstəyi göstəriləcəyini bildirdiyi vurğulanır. Əlavə edilir ki, Azərbaycan Prezidenti bu qərarı ilə yəhudi xalqı ilə olan sıx münasibətlərə və Azərbaycandakı yəhudi icmasının dəstəklənməsinə dair aydın bir mesaj verib. Bu mesaj 10 milyon əhalisi olan ölkənin geosiyasi cəhətdən müxtəlif maraqların kəsişdiyi - Rusiya, İran və Türkiyə arasında gərgin bir regionda yerləşməsi baxımından çox təqdirəlayiqdir.

Məqalədə Azərbaycandakı yəhudi icmasının 47 min nəfərdən ibarət olduğu, bunlardan 37 mininin əsrlər boyu ölkəmizdə yaşayan sefard adlanan dağ yəhudilərindən, qalanlarının isə 19-cu əsrin ikinci yarısından etibarən ölkəmizdə yaşayan aşkenaz yəhudilərindən ibarət olduğu vurğulanır. Bildirilir ki, yəhudilər ölkəmizdə əsasən Bakı, QubaOğuz şəhərlərində yaşayırlar. Quba rayonunda yerləşən “Qırmızı Qəsəbə” adlanan ərazidə isə yaşayanların əksəriyyəti dağ yəhudilərindən ibarətdir. Onlar sünni, şiə və xristian qonşuları ilə birgə sülh və əmin-amanlıq şəraitində ömür sürürlər. Əlavə olunur ki, Azərbaycanda 8 sinaqoq, 2 yəhudi uşaq bağçası və 1500 məktəblinin təhsil aldığı 5 yəhudi məktəbi fəaliyyət göstərir. Vurğulanır ki, bir sıra Avropa ölkələrindən fərqli olaraq yəhudilərin Azərbaycandakı sözügedən dini və təhsil müəssisələri daimi polis nəzarətində fəaliyyət göstərmək məcburiyyətində deyillər.

Məqalədə həmçinin qeyd olunur ki, 2003-cü ildə əsaslı bərpa işlərindən sonra Bakıda aşkenaz yəhudilərinin sinaqoqunun, 2010-cu ildə isə 200 illik tarixə malik dağ yəhudiləri sinaqoqunun açılışı baş tutub. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bərpa işləri ilə bağlı layihəyə dövlət tərəfindən geniş dəstək verilib. Müəllif Urs Unkauf Azərbaycanda yəhudi icmasının dərin kök salmasını və aktiv fəaliyyət göstərməsini ölkəmizin tarixində heç zaman yəhudilərə qarşı poqrom, məcburi köçürülmə və antisemit iğtişaşların baş verməməsi ilə əlaqələndirir.

Məqalə müəllifi bildirir ki, azərbaycanlı kimliyinin formalaşmasında ölkənin ərazi bütövlüyü - Qarabağ uğrunda mübarizə, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın müdafiəsi mühüm yer tutur və burada da yəhudi izlərinə rast gəlinir. Belə ki, Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunov 1992-ci ildə Şuşanın müdafiəsi uğrunda həyatını itirib. Onun xatirəsi Azərbaycanda çoxsaylı yer və küçələrdə anılır.

 

Azərbaycan.-2022.- 6 fevral.- S.2.