Milli Qəhrəmana həsr edilən filmin təqdimatı olub

 

 

TovuzdaNizamiadına Mədəniyyət evində Milli Qəhrəman Rafiq Alıcanovun xatirəsinə həsr olunmuşOğuz elinin qəhrəmanıadlı filmin təqdimatı keçirilmişdir.

Təqdimat mərasimində idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, gənclər,  eləcə ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Filmin nümayişindən sonra rejissor Kəmalə Musazadə çıxış edərək  Mədəniyyət Nazirliyinin sifarişi iləSalnaməfilmstudiyasınınAzərbaycanın Milli qəhrəmanlarısilsiləsi çərçivəsində 100-dən çox filmin çəkildiyini diqqətə çatdırmışdır. Kəmalə Musazadə onu da vurğulamışdır ki, o, bu filmdə qəhrəmanın həyatını, keçdiyi şərəfli döyüş yolunu, Vətənə olan bağlılığını, yurd, el-oba sevdalı olduğunu çatdırmağa çalışıb. Filmin 44 günlük Vətən müharibəsi ərəfəsində çəkildiyini bildirən müəllif əldə etdiyimiz şanlı Zəfərin həmin filmdə yer aldığını demiş, Milli Qəhrəmanın ailə üzvlərinin, yaxınlarının, doğmalarının, döyüş sinif yoldaşlarının, müəllimlərinin Rafiq Alıcanov haqqında söylədikləri ürək sözlərinin, dəyərli fikirlərinin filmdə yer aldığını diqqətə çatdırmışdır.

Çıxış edənlər qeyd etmişlər ki, vətənpərvərlik mövzusunda filmlərin ərsəyə gəlməsində, xüsusilə Milli qəhrəmanlarımızın, şəhidlərimizin gələcək nəsillərə tanıdılmasında bu cür filmlərin böyük rolu əhəmiyyəti var. Tədbirdə Milli Qəhrəman Rafiq Alıcanovun döyüş yoldaşları da öz ürək sözlərini söyləmişlər. Onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədən bu qələbəni bizlərə bəxş edən şəhidlərimizdən söz açmışlar.

 

 

Sabir ƏLİYEV,

Azərbaycan.-2022.- 6 fevral.- S.5.