Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxilixarici borcalması Qaydası”nda dəyişiklik edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 12, maddə 2100; 2018, ¹ 10, maddə 1991; 2019, ¹ 4, maddə 644; 2020, ¹ 1, maddə 5; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 dekabr tarixli 1556 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

 

1. 1.2-ci bəndə “Qayda” sözündən sonra “Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası İpotekaKredit Zəmanət Fondunun, habelə” sözləri əlavə edilsin.

 

2.   3.1-ci bənddə “iyununsözü “dekabrın” sözü ilə əvəz edilsin.

 

3.   3.3-cü bənddə “cari il sentyabrın 15-dək növbəti” sözləri “növbəti il fevralın 1-dək həmin” sözləri ilə əvəz edilsin.

 

4.   4.2.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 4.2.6-cı yarımbənd əlavə edilsin:

 

“4.2.6. dövlətə məxsus olan kommersiya hüquqi şəxsin müşahidə (direktorlar) şurasının (olmadıqda icra orqanının), qeyri-kommersiya hüquqi şəxsin isə himayəçilər şurasının (olmadıqda icra orqanının) borcalmaya dair qərarı.”.

 

5.   4.11-ci bənddə “müvafiqsözü “həmin razılığın şamil olunduğu ildən sonrakı” sözləri ilə əvəz edilsin.

 

                                                                 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2022-ci il

Azərbaycan.-2022.- 8 fevral.- S.2.