Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 8, maddə 612; 2011, ¹ 12, maddə 1108; 2012, ¹ 6, maddə 501; 2017, ¹ 5, maddə 732, ¹ 7, maddə 1298, ¹ 11, maddə 2190; 2019, ¹ 1, maddə 14, ¹ 3, maddə 368, ¹ 5, maddə 814, ¹ 8, maddə 1375; 2020, ¹ 6, maddə 670, ¹ 7, maddə 832; 2021, ¹ 8, maddə 894) 146.4-cü maddəsində “hallarda” sözündən sonra “və qaydada” sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2021-ci il

Azərbaycan.-2022.- 8 fevral.- S.2.