İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər vətəndaşların mənafelərinin qorunmasına xidmət edəcək

 

Fevralın 8-də Milli Məclisin Təbii ehtiyatlar, energetikaekologiya komitəsinin onlayn iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri Sadiq Qurbanov gündəliyi təqdim edıb.

O, iclasın gündəliyində ikinci oxunuşda olanQaz təchizatı haqqında” qanundaİnzibati Xətalar Məcəlləsində dəyişikliklərin edilməsi haqqında qanun layihələrinin olduğunu bildirib.

Komitə sədri əvvəlcə “Qaz təchizatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. Bildirib ki, layihə dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. S.Qurbanov dəyişikliklərin aktuallığına, insanların həyat təhlükəsizliyinin təmin edilməsindəki əhəmiyyətinə diqqət çəkib.

İclasın gündəliyinə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) isə qaz təchizatı və istifadəsi zamanı qanunvericiliyin tələblərinin pozulması ilə bağlıdır. Sənəddə İnzibati Xətalar Məcəlləsinə qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarına əməl edilməməsi ilə bağlı 279.0.1-1-ci maddənin əlavə edilməsi təklif olunub. Həmçinin qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi ilə bağlı 542-ci maddənin yeni redaksiyasında cərimələr nəzərdə tutulub.

Qanun layihələrinin müzakirəsində çıxış edən Təbii ehtiyatlar, energetikaekologiya komitəsi sədrinin müavini Asim Mollazadə, komitə üzvləri Məşhur Məmmədov, İltizam Yusifov dəyişikliklərin əhəmiyyətini qeyd ediblər. Deputatlar təklif olunan dəyişikliklərin praktiki tətbiqində vətəndaşların mənafelərinin qorunması, qaz qurğularının keyfiyyətinə nəzarətin gücləndirilməsi ilə bağlı fikirlərini bildiriblər.

Müzakirələrin sonunda qanun layihələri ikinci oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

Onlayn iclasda deputatlar Naqif Həmzəyev, Anar Məmmədov, Əliabbas Salahzadə, Fatma Yıldırım, Mixail Zabelin  və digər rəsmi şəxslər iştirak ediblər.

 

Azərbaycan.- 2022.- 9 fevral.- S.3.