Gənclər IV Sənaye İnqilabı ilə bağlı yenilikləri yüksək səviyyədə mənimsəyirlər

 

Onlar işğaldan azad olunmuş ərazilərin bərpasında fəal iştirak edirlər

 

Azərbaycan dövlətinin məqsədi gəncləri vətənpərvərlik ruhunda yetişdirmək, onların enerji və potensialından ölkənin hərtərəfli inkişafında geniş istifadə etməkdir.

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan bu ənənəni daha da təkmilləşdirmək üçün Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramını qəbul etmişdir. 2007-ci il “Gənclər ilielan olunmuş, 2011-ci ildə Gənclər Fondu yaradılmış, 2013-cü ildə isə ölkədə ilk dəfə “Gənclər üçün Prezident mükafatı” təsis edilmişdir.

Dövlət tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən bu siyasət 44 günlük Vətən müharibəsində imtahana çevrildi. Gənclərimiz sınaqdan şərəflə çıxdı. Dövlət başçısının vurğuladığı kimi, qələbənin əsas şərtlərindən biri gənclərimizin qəhrəmanlığı və vətənpərvərliyi olmuşdur.

Bu müharibədə bir nəfər də olsa əsgər və zabit fərarilik etməmişdir. Bu isə dünya hərb tarixində nadir hadisələrdən sayılır.

Cari il fevralın 2-də Azərbaycan Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu, tədbirdə Prezidentin iştirakı və gənclərlə geniş söhbəti onlara dövlət qayğıkeşliyinin növbəti nümunəsidir. Dövlət başçısı gənclərə olan diqqəti sözdə deyil, işdə sübut edir. Yüksək təhsil alıb yaxşı mütəxəssis kimi yetişmələri üçün onların dövlət hesabına dünyanın aparıcı universitetlərində oxumasına imkan yaradır. Son dövrlər dövlət idarəetməsində də gənclərə üstünlük verilməsinin şahidi oluruq.

Hər bir ölkənin gənclərinin nüfuzu ona müəyyən üstünlüklər qazandırır. İndi dünyanın inkişaf etmiş ölkələri “qocalmaproblemini yaşayır. Bu kateqoriyaya daxil olan ölkələr hazırda belə vəziyyətdən çıxmaq üçün oraya kənardan gənclərin gəlməsi üçün şərait yaradır. Hazırda Avropa təkcə qoca qitə deyil, həm də “qocalar ölkələri”nin cəmləşdiyi coğrafi məkana çevrilib. Avropanın uşaq istəməmək mentalı sonda yaşlı əhalinin çoxalmasına səbəb olub. Belə hal həmin ölkələrdə ciddi sosial-iqtisadi problemlərə yol açıb. Əmək qabiliyyətli işçi qüvvəsi azalıb, pensiya alan əhalinin sayı isə durmadan artır. Dövlətlər bu yükü qaldıra bilmədiyi üçün əhalinin pensiya yaşı həddini artırır. Bu da əhali tərəfindən etirazla qarşılanır.

Azərbaycanda isə demoqrafik vəziyyət yaxşıdır. Əhalinin sayı artır, gənc nəsil cəmiyyətdə aparıcı mövqeyə malikdir. Gənclik cəmiyyətin enerjisini və dinamikasını təmin edən əsas qüvvədir. Bu gün gənclər orduda, dövlət idarəetməsində, elmdə, iqtisadiyyatda və sahibkarlıqda əsas qüvvəni təşkil edir.

Prezident İlham Əliyev sözügedən tədbirdə bu məsələyə xüsusi toxunaraq demişdir: “Avropa məkanında ölkələrdə ya əhali sabitdir, ya da ki, azdır, bizdə isə artır. Müstəqillik dövründə 7 milyondan 10 milyonadək artıbdır. Bütün bunlar yeni yerləri deməkdir. Amma biz görürük ki, IV Sənaye İnqilabı yerlərinin ləğvinə gətirəcəksə - bu, artıq danılmaz faktdır - ona görə IV Sənaye İnqilabı nəticəsində yarana biləcək yeni peşələrə hazır olmalıyıq”.

Bununla da dövlət başçısı gənclərin diqqətinə çatdırdı ki, onlar yeni dünyanın yeni çağırışlarına hazır olmalıdır. Bunun üçün yeni texnologiyalardan istifadə edilən peşələrə yiyələnməlidirlər.

Dünyanın yeni inkişaf dövrü IV Sənaye İnqilabı ilə bağlıdır. Bu çağırışlara vaxtında reaksiya verib düzgün mövqe tutmalıyıq. Əgər biz bunu vaxtında etməsək, ümumi inkişafdan geri qala bilərik. İqtisadi inkişaf güc, siyasi müstəqillik və dünyada söz sahibi olmaq deməkdir. Bu üzdən indidən dövlət və özəl sektor qarşıya məqsəd qoymalıdır ki, hansı işlər görülməlidir. Prezident İlham Əliyev gəncləri dünyanın bu çağırışını düzgün qiymətləndirməyə dəvət etdi.

Son dövrlər bu istiqamətdə müəyyən işlər görülür. Alternativ enerjidən istifadə, innovativ texnologiyaların tətbiqi və sənaye parklarında son texnologiyalardan istifadə buna örnək ola bilər. Ancaq bu, yetərli deyil. İqtisadiyyatın bütün sahələrində son texnologiyalardan istifadə etməklə dünyadakı ciddi rəqabətə davam gətirə bilərik.

Dövlət başçısı işğaldan azad edilən ərazilərin bərpa-quruculuq işlərində də gəncləri fəal olmağa səslədi. Xüsusilə icra edilən infrastruktur layihələri müasir dünya standartlarına uyğun aparılır. Bu da yeni texnikatexnologiyalardan istifadə edilməsi deməkdir.

Prezident həmin ərazilərdə gedən işlərdə yeni texnologiyalardan istifadə edildiyini bildirərək demişdir: “Nəzərə alsaq ki, azad edilmiş torpaqlar həm “ağıllı şəhər” modeli əsasında qurulacaq, “ağıllı kənd”, “yaşıl enerji” zonası - bütün bu yeni sahələr, yeni peşələr, əlbəttə, gənclərin sərəncamında olacaq. Çünki IV Sənaye İnqilabı ilə bağlı olan yeniliklər, ilk növbədə, Azərbaycanda gənclər tərəfindən mənimsənilir və gənclər xətti ilə biz bu siyasəti icra edəcəyik”.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2022.-9 fevral.- S.1; 3.