Arıçılığın inkişafı üçün geniş imkanlar yaradılır

 

Aqrar sahənin qədim və gəlirli təsərüfat  növlərindən olan arıçılığın inkişafı mühüm  əhəmiyyət kəsb edir. Təsadüfi  deyil ki, kənd təsərrüfatında  aparılan islahatlar sırasında arıçılığa  göstərilən diqqət  də önəm daşıyır.

Son illər ölkəmizdə arıçılığı inkişaf etdirmək məqsədi ilə çoxsaylı tədbirlər həyata keçirilib. Kənd Təsərrüfatı  Nazirliyinin  Heyvandarlıq  Elmi-Tədqiqat İnstitutu nəzdində Arıçılıq Mərkəzi yaradılıb, Azərbaycan Arıçılar Assosiasiyası təsis edilib.

Prezident  İlham Əliyevin  2018-ci il martın 5-də  imzaladığı “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında”  sərəncamından sonra  bu istiqamətdə işlər daha da canlanıb və geniş miqyas  alıb. Bu sərəncam, adından da göründüyü kimi, ölkədə arıçılığın inkişafının stimullaşdırılması, kənd yerlərində kiçik sahibkarlığın dəstəklənməsi    məşğulluğun təmin edilməsi məqsədini daşıyır. Təsadüfi deyil ki, son illər damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, genofond arıxanaların yaradılması, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi,  sərgi-yarmarkaların təşkili və digər istiqamətlərdə  geniş tədbirlər həyata keçirilir. Nəticədə arı ailələrinin sayında, bal  digər arıçılıq  məhsullarının istehsalında və bal ixracında əhəmiyyətli artım müşahidə olunur.

Məlumdur ki, Azərbaycanın ərazisi arıçılığın inkişafı baxımından əlverişli təbii-iqlim  şəraitinə  bal verən bitki örtüyünə malikdir. Belə ki,  ölkəmizdə bal verən 600-ə qədər  bitki növü mövcuddur. Bunların təxminən 200-ü nektar və çiçək tozu mənbəyi kimi arıçılığın genişləndirilməsi üçün daha böyük təbii imkanlar yaradır. Bu imkanlar sayəsində arıçılığın inkişaf etdirilməsi kənd əhalisinin gəlirlərinin artmasına və məşğulluğunun təmin edilməsinə töhfə verir.

Hazırda arıçılıqda yerli genofondların qorunması istiqamətində təsərrüfatların damazlıq növünün müəyyən edilməsi üçün mütəmadi işlər həyata keçirilir. Bu məqsədlə yerli genofondda olanBoz dağ Qafqaz” arı cinsi yetişdirilən 3 arıçılıq təsərrüfatında zootexniki qiymətləndirmə aparılıb. Onlar damazlıq təsərrüfat kimi qeydiyyata götürülərək dövlət reyestrinə daxil edilib. Damazlıq təsərrüfatlarının yaradılması, seleksiya-damazlıq işlərinin təşkil edılməsi üçün mütəmadi monitorinqlər keçirilir, qiymətləndirmə aparılır, cinslər üzrə göstəricilər təhlil edilir. Damazlıq arıçılığın inkişafı məqsədi ilə ilk dəfə Zaqatala rayonunda “təcrid” zonası yaradılıb.

Görülən ardıcıl tədbirlər nəticəsində 2017-ci illə müqayisədə 2021-ci ildə arı ailələrinin sayı 331 min vahidya 2,2 dəfə artaraq 602,8 min vahidə, bal istehsalının həcmi isə 3,6 min ton, yaxud 1,5 dəfə artaraq 6,6 min tona çatıb.

30 il işğal altında olan torpaqlarımızın azad edilməsi kənd təsərrüfatı sektorunda, o cümlədən arıçılıq sahəsində yeni perspektivlər açıb. Pilot layihələr çərçivəsində artıq Kəlbəcər və Laçın rayonlarının təhlükəsiz zonalarına  arı ailələrı, qoyunçuluq təsərrüfatlarının  köçürülməsı həyata keçirilib. Layihə çərçivəsində Kəlbəcərdən 59, Laçından 15 arıçı fermer olmaqla ümumilikdə 74 arıçı fermer tərəfindən 4531 arı ailəsi, 8569 baş xırdabuynuzlu heyvanın dislokasiya üzrə köçürülməsi təşkil edilib. İşğaldan azad edilmiş ərazilərimiz üzrə 2022-ci ildə örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, arı ailələrinin köçürülməsi üçün elektron portalın hazırlanması işləri aparılır.

Elə bu yaxınlarda İsmayıllı rayonunun İvanovka kəndındə keçirilən VII Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı  da sahənin inkişafına yönəldilən tədbirlərdən biri idi. Tədbirdə arı xəstəliklərinin müalicəsi və profilaktikası, apiterapiyaonun əhəmiyyəti, dünya təcrübəsi və standartları, paketpavilion arıçılığı, ana arının yetişdirilməsi, balın qablaşdırılmasında innovatıv texnologiyaların tətbiqi və digər mövzularda  təqdimatlar keçirilib. Konfransda  Azərbaycanın aidiyyəti qurumlarının nümayəndələri və yerli arıçılarla yanaşı, onların Türkiyədən, Macarıstandan, Belarusdan, Litvadan gəlmiş peşəkar həmkarlarının iştirak etməsi bu sahənin daha da genişlənəcəyindən xəbər verir.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2022.-9 fevral.- S.10.