Almaniya Federativ
Respublikasının Prezidenti
Zati-aliləri cənab
Frank-Valter Ştaynmayerə
Hörmətli cənab
Prezident,
Almaniya Federativ Respublikasının
Prezidenti vəzifəsinə
yenidən seçilməyiniz
münasibətilə Sizi
ürəkdən təbrik
edirəm.
Biz bu il Azərbaycan
ilə Almaniya arasında diplomatik əlaqələrin qurulmasının
otuz illiyini qeyd edəcəyik. Bu dövr ərzində ikitərəfli səviyyədə
nail olduğumuz siyasi dialoq, bir sıra
sahələrdə formalaşmış
qarşılıqlı faydalı
əməkdaşlıq ölkələrimizin
maraqlarına və xalqlarımızın mənafelərinə
xidmət edir.
İnanıram ki, dövlətlərarası
münasibətlərimiz və
səmərəli əməkdaşlığımız
istər ikitərəfli
qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində
birgə səylərimizlə
bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı,
xoşbəxtlik, məsul
fəaliyyətinizdə uğurlar
diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
15 fevral 2022-ci il
Azərbaycan.-
2022.- 16 fevral.- S.1.