Ermənistanda orduya inam qalmayıb

 

 

Hərbçilərin qeyri-müəyyən şəraitdə öz mövqelərindən  yoxa çıxmaları adi hal alıb

 

 

 

Bu gün əhalisinin təbii artımı aşağı səviyyədə olan Ermənistanda ordu sıralarında xidmət etmək üçün ciddi çağırışçı problemi yaşanması heç kimə sirr deyil.

Son 30 ildə 2 milyona yaxın insanın Ermənistanı tərk etməsi bu sahədə vəziyyəti daha da ağırlaşdırıb.

Ermənistanda sayı sürətlə azalmaqda olan gənclər orduda xidmətdən yayınmaq üçün hər vasitəyə əl atırlar. Bunun ümdə səbəblərindən biriordunun işgəncə, ölüm, rüşvət, korrupsiya, özbaşınalıq mənbəyinə çevrilməsidir.

Müasir Ermənistan ordusunu xarakterizə edən cəhətlər isə daha dəhşətlidir. Mənəvi-psixoloji durumu gündən-günə daha da ağırlaşan məğlub orduda xəstəlik və səfalətin durmadan genişləndiyi bir vaxtda hərbi qulluqçuları müalicə etmək üçünmaddi vəsait, nə də yer çatışır. Zabit və gizirlər əvvəlki kimi şəxsi heyətin sağlamlığına biganə yanaşırlar. Hərbi qulluqçulara aşağı kalorili və zərərli qida məhsulları verilməsi davam edir.

Bütün bunların fonunda erməni ordusunda fərarilik özünü daha qabarıq büruzə verməyə başlayıb. Bu günlərdə daha iki hərbçi qeyri-müəyyən şəraitdə öz mövqelərindən yoxa çıxıb. Qeyd edilir ki, onlardan biri Vayotsdzor Qladzor icmasının sakini, müqaviləli hərbçi, 33 yaşlı Vahe Manukyandır. O, 2021-ci ilin 12 noyabrından axtarışdadır. Hərbçi həyat yoldaşı ilə telefon danışığı zamanı yoxa çıxıb. Onun itkin düşməsi faktı üzrə 10 gün sonra mövqeni icazəsiz tərk etməsi maddəsi ilə cinayət işi açılıb. Yerli medianın yazdığına görə, hərbi polisin belə məlumatları haradan əldə etdiyi, hərbi polis əməkdaşlarının ailəyə hansı əsasla Vahenin fərari kimi qaçması barədə məlumat verməsi məlum deyil, çünki bununla bağlı şahidmüvafiq ifadə yoxdur. Üstəlik, Vahenin yoxaçıxma şəraiti xüsusən Müdafiə Nazirliyinin onun xidmət müddətinin uzadılması ilə bağlı açıqlaması, habelə digər iddialar fonunda şübhəlidir.

Bildirilir ki, eyni mövqedə daha bir əsgər, 19 yaşlı Narek Mkrtçyan da itkin düşüb. Onun barəsində də eyni əsasda cinayət işi başlanıb. Uzun müddət davam edən istintaq zamanı Narekin cinayət işində heç bir şübhəli və digər təqsirləndirilən şəxslər iştirak etməyib, ittiham yalnız itkin düşən hərbçiyə qarşı irəli sürülüb.

Belə görünür ki, postmüharibə dönəmində orduda vəziyyət daha da pisləşib. Ordudakı yüksəkvəzifəli zabitlərin özbaşınalıqları, rüşvətxorluğu, şəxsi heyəti kiçik komandirlərin (çavuş heyəti) idarə etməsi, onların nizamnamədənkənar və nalayiq davranışları əsas etibarilə müddətli xidmət edən əsgərlər arasında fərariliklə yanaşı, intihar hallarının sayının da sürətlə artmasına səbəb olur. Aparılan araşdırmalar hələ də Ermənistan ordusunun kütləvi şəkildə homoseksualizm bəlasından əziyyət çəkdiyini göstərir. Zabit və gizirlər tərəfindən hərbi qulluqçuların zorlanması və onlara təcavüz edilməsi, döyülməsi, zabit və gizirlərin hərbi qulluqçuların valideynləri ilə cinsi əlaqəyə girməsi və zorlama faktının şəxsi heyət tərəfindən aşkarlanması halları da ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə çoxalıb.

 

Komandir heyəti tərəfindən əsgər valideynlərinin pul gətirməyə vadar edilməsi, hərbi hissələrdən hərbi qulluqçuların qeyri-qanuni yolla müəyyən olunmuş pul müqabilində ay ərzində hərbi hissədən kənara buraxma halları, hərbi qulluqçular tərəfindən mülki əhaliyə qarşı bir çox cinayət, o cümlədən mülki şəxslərin əmlakının oğurlanması, əhaliyə qarşı zor tətbiq edilməsi, zorlama, təcavüz və digər belə hadisələrin törədilməsi ilə bağlı faktların sayı artmaqdadır.

 

Bundan başqa, orduda şəxsi heyət arasında narkotik maddə qəbuletmə halları da sürətlə yayılmaqdadır və belə maddələrin hərbi hissələrə gətirilməsi, şəxsi heyətə satılması planlı şəkildə zabit-gizirlərin himayəsi altında çavuş heyəti tərəfindən həyata keçirilir. Məvaciblərin az olması və vaxtında verilməməsi səbəbindən ordunun əmlakı yüksəkrütbəli hərbçilər tərəfindən talan edilərək satılır.

“4rd.am” saytı xidmət zamanı intihar edən, qaçan hərbçilərin ailələrinə təzyiq olunduğunu bildirir. Yazır ki, ölənlərə aid qeydiyyat kitabçaları, şəxsi gündəliklərin yoxa çıxması da adi hala çevrilib. Hesab edilir ki, hakimiyyəti bu addımı atmağa Ermənistan ordusu haqqında bir çox həqiqətlərin üzə çıxa bilmək xofu vadar edir. Rəhbərlik orduya korrupsiya mənbəyi kimi baxdığından hərbi qulluqçuların nizam-intizamı, mənəvi-psixoloji, maddifiziki vəziyyəti ötən illərə nisbətən daha da pisləşir.

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 8 fevral.- S.1;5.